“Bu sahibkarlar, pulumuzu alıb bizi küçələrdə qoyanlar, evimizi satdıranlar, haracan gedəcəklər? Mən inanıram ki, Azərbaycanın sayılmış xanımları kimi siz mənə kömək edəcəksiniz. Bəri başdan Allahdan sizə dua diləyirəm”. Bu sözləri Mehdiyeva Simuzər adlı Bakı sakini H.Əliyev Fondunun prezidenti, Mehriban Əliyevaya ünvanladığı müraciətində yazıb. Daha sonra şikayətçi yazır ki, “Hayan-E” MMC-nin direktoru Tağıyev Elman Həsənqulu oğlu – ünvan Abşeron rayonu Xırdalan şəhəri M.Ə.Rəsulzadə küç.ev 1A mərhum yoldaşım Mehdiyev Muxtardan 21.900 manat pul alaraq bizə tikdiyi evdən bir otaq verəcəyini bildirmiş və müvafiq sənədləri hər iki tərəf imzalayaraq təsdiq etmişlər. Lakin sonralar məlum olmuşdur ki, bizə verəcəyi və tikilən evin sənədlərdə göstərilən 5 və 6-cı blokları ümumiyyətlə yoxdur. Beləliklə o, bizi aldatmışdır. Artıq 5 ildir ki, Elman bizi evsiz-eşiksiz qoymuş və pulumuzu nə qaytarır, nə də ev verir. 2 il bundan qabaq öyrəndik ki, Elman Tağıyev “Birlik” MMC-nin də müdürü olub, çoxsaylı vətəndaşları aldadıb və həbs edilib. Bu dərdə dözməyən həyat yoldaşım ürəyi dözməyib dünyasını dəyişdi. Bu dərdə oğlunun 40-ı çıxmamış qaynatam, daha sonra isə qaynanam dünyalarını dəyişdilər. Biz isə başsız ailə olaraq İmişlidə qaynımgildə müvəqqəti məskunlaşdık. Bizə verilmiş bir otaqdan azyaşlı uşaqlarımla xəcalət çəkirik. Artıq mən də ağır xəstəliyə tutulumuşam, nə edəcəyimi, nə ilə dolanacağımı bilmirəm. Elman Tağıyev də bizim kimi əslən imişlidəndirlər. Onun qardaşları Adil Tağıyev deyilənə görə böyük vəzifədə işləyir, digər qardaşları Məhərrəm Məhərrəmov və Rafiq Tagıyev yüksək mərtəbəli ev tikintiləri ilə məşğuldurlar. Bir qardaşı Zərdab rayon Polis idarəsində müavindir. Məhərrəmin oğlu Milli Təhlükəsizlik Nazirliyində işləyir. Bunu deməkdə məqsədim odur ki, bu adlarını çəkdiyim və digər qohumları bizə minnətçi düşərək şikayət etmək istəməməyimiz üçün yalvardılar. Hamısı da bizi hədələdilər, qorxutdular. Odur ki, gəldik rayona. Mən dəfələrlə Respublika Prokrorluğuna, digər hüquq-mühafizə orqanlarına şikayətlər etsəm də bizim pulumuzu qaytarmırlar. Deyilir ki, güya cinayət işi qaldırılıb. Bizə verdiyimiz pulu qaytarsınlar. İmişlidə yurd və ya bir damxa alıb balalarımı saxlayım. Onların əllərində bu heçnədir. Odur ki, əziz rəhbərlərim ailəm başsız, qadınlığımı, körpə balalarımı nəzərə alıb bu qardaşlardan bizim pulumuzu alıb vermək üçün köməklik göstərmənizi xahiş edirəm. Müraciət etdiyim orqanlar məni gücüm daxilində olmayan, savadım çatmayan vəkil tutmağa, Bakı şəhərinə getməyə belə imkanım olmayan hüquq məsələlərinə cəlb edirlər. Axı mən evin kişilərini itirmişəm, körpələri kimə tapşırım gedim, dərdimi kimə deyim?! Ümidim sizlərədir. Allah köməyiniz olsun!
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?