GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Elmar Vəliyev 26 min gəncəlini qazsız qoyacaq

Elmar Vəliyev 26 min gəncəlini qazsız qoyacaq

Tarix: 4-05-2014, 11:03 Bölmə :Ölkə Baxış: 838
Elmar Vəliyev 26 min gəncəlini qazsız qoyacaq
Bu şəhərdə 26 min abonentə ümumilikdə 1 milyon 674 min manat borc yazılıb

Elə Gəncə sakini Sədaqət Əliyeva da qəfildən onun sayğacına 246 manat borc yazılmasının səbəbini aydınlaşdırmaq üçün qaz istismarı idarəsinə gəlib. Sədaqət Əliyeva: “240 manat mənə borc yazıblar. Mən evi alandan orda sayğac olub. Sayğacla da ödəmişik. Bir dəfə sayğacı dəyişəndə 70 manat, bir dəfə də 80 manat ödəmişəm. Mənim borcum olsaydı sayğac qoymazdılar. Borcu ödədik qoydular. Bu haradan oldu? Mən müəllimə adamam, haradan alım ödəyim?”. Gəncə şəhər Qaz İstismarı İdarəsinin qarşısına onlarla abonent toplaşıb. Hər kəs iddia edir ki, son illərdə əvvəlki sayğaclar ARDNŞ-ə məxsus “İTRON” tipli sayğacla əvəzlənən zaman bütün borcları ödəyiblər. Təbriz küçəsinin sakini Rəhilə Əsədova deyir ki, sayğacın kartları dəyişilən vaxt borcunu bir neçə gün gecikdirdiyi üçün qazsız qalıb:
“426 manat borc yazılıb. Mexaniki sayğacı çıxarandan sonra dedilər borcunuzu ödəyin, “Smart” sayğac qoyaq. İndi də deyir 426 manat ver, haradan alım verim, təqaüdçü adamam. Kompüterə salıram kart işləmir”. Gəncədə 2006-cı ildən başlayaraq evlərə mexaniki sayğaclar quraşdırılıb. Lakin 2009-cu ildən sayğaclar Azəriqaz və “Gulf İndustry” şirkəti ilə olan müqaviləyə əsasən, yeni “Smart” - yəni ağıllı sayğaclarla əvəzlənib. Həmin vaxtlar da sakinlərin demələrinə görə, seviniblər ki, artıq nə məmurların çeksiz qaz ödənişi, nə də mexaniki sayğaclarda olan geriyazma kimi problemlərlə üzləşəcəklər. Şikayətçilər iddia edirlər ki, “Smart” sayğaclar quraşdırılanda bütün köhnə borclardan azad olublar. Əlavə edirlər ki, bu yazılan borclar real deyil və sakinlərin cibini soymaq məqsədi daşıyır.
“Millətin başına oyun açırlar”
Şahin Hüseynov: “Neçə dəfələrlə demişəm ki, sayğac buraxır. Dedilər ki, sayğac minusa gedir. Gəldim onu da məlumat verdim. Hər dəfə pensiya alanda ödəyirdim. Sayğacı dəyişəndə dedilər ki, 63 manat borc var, gələk dəyişək. İndi də deyirlər 63 yox 163 manatdır. Bu 100 manat haradan çıxıb bilmirəm. Ciblərinə alırlar, neyləyirlər? Kartı da vermirlər ki, pul yükləyək. Millətin başına oyun açırlar”. Başqa bir Gəncə sakini Sevda Məmmədovaya isə nə az, nə çox, düz 500 manat borc yazılıb. Orta məktəblərin birində müəllim işləyən Sevda Məmmədova deyir ki, əgər borcum var idisə, niyə bundan mənim 5 il sonra xəbərim olur?
“Mən ödəməyəcəyəm”
“Bizim köhnə borcumuz qalmayıb. Mən ödəməyəcəyəm. 500 manatı necə ödəyim?”
Gəncə şəhər Qaz İstismarı İdarəsinin satış şöbəsinin müdiri Hüseyn Şirinov isə deyir ki, bu borclar 2009-cu ildən yığılıb. “Abonentlərlə aramızda olan narazılıq 2009-cu ilin oktyabrın 1-nə olan borcların silinməsindən sonra yaranıb. Sistem yox idi ki, sayğaclar qurulan vaxt köhnə borclar hesablana bilsin. Bu yeni “Smart” sayğaclarda mümkündür ki, köhnə borclar hesablansın”. İdarənin şöbə rəisinin açıqlamalarından narazı qalan sakinlər isə sual edirlər ki, niyə sayğac dəyişən zaman borclar barədə məlumat verilməyib?
Hüseyn Şirinov deyir ki, abonentlər ya əvvələ aid ödənişləri ilə bağlı çek təqdim etməlidirlər ya da yazılan borcları ödəməlidirlər. Əks halda 26 min abonent kütləvi şəkildə yanacaqsız qalacaq.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə deyir ki, Qaz İstismarı İdarəsinin abonentlərdən illər əvvələ aid borcları hətta real olsa belə tələb etməyə ixtiyarı yoxdur:
“Mülki məcəllənin müqavilə şərtlərindən irəli gələn borclar 3 il müddətinə ləğv edilir, tələb etməyə ixtiyarları yoxdur. İnzibati Xətalar Məcəlləsində də göstərilir. Qanunla 3 il əvvəlki borclardan danışa bilməzlər. Bu istehlakçı hüquqlarının pozulması, korrupsiyanın təzahürləridir”. Gəncədə ümumilikdə mavi yanacaqdan istifadə edən 70 min abonent var. Onlardan 26 min abonentin borclu olduğu deyilir.
E.Qasımov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əkbər Hacıyevin adamları Sumqayıtda etiraz “bombaları” hazırlayır

    Əkbər Hacıyevin adamları Sumqayıtda etiraz ...

    22-01-2016, 12:41

  • 
  • “Bakıelektrikşəbəkə”nin borc gizlini

    “Bakıelektrikşəbəkə”nin borc gizlini ...

    7-05-2013, 00:24

  • 
  • Masallıda borca görə bütöv qəsəbənin qazı kəsilib

    Masallıda borca görə bütöv qəsəbənin qazı kəsilib ...

    15-06-2015, 20:51

  • 
  • Masallıda borca görə bütöv qəsəbənin qazı kəsilib

    Masallıda borca görə bütöv qəsəbənin qazı kəsilib ...

    15-06-2015, 20:51

  • 
  • Masallıda borca görə bütöv qəsəbənin qazı kəsilib

    Masallıda borca görə bütöv qəsəbənin qazı kəsilib ...

    15-06-2015, 20:58


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (388)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu