Nazirlik ANS PRESS-in məsələ ilə bağlı sorğusunu cavablandırıb
HərbTweet Müdafiə Nazirliyindən Əmlak Məsələləri üzrə Dövlət Komitəsini məhkəməyə verməsinin səbəbi məlum oldu. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-in sorğusuna cavab olaraq bildiriblər ki, əvvəllər Müdafiə Nazirliyi balansında olan və sonradan Əmlak Məsələləri Dövlət Komitəsinə verilmiş torpaq sahələrinin və həmin sahələrin üzərində yerləşən tikililərin yaranmış zərurətlə əlaqədar Müdafiə Nazirliyinə qaytarılması ilə bağlı Dövlət Komitəsinə müraciət olunub. “Hazırda bu məsələyə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəsində baxılır”,- deyə nazirliyin mətbuat xidmətindən bildiriblər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?