Elman Abdullayev bu halın yolverilməz olduğunu vurğulayıb
Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimovun sərt bəyanatından sonra ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik qondarma Dağlıq Qarabağ respublikasının nümayəndələri ilə görüşdən imtina edib. Buna baxmayaraq ekspertlər Uorlikin Tvitterdə yazdıqlarından və Azərbaycan tərəfinin buna rəsmən etiraz bildirməsindən sonra Qarabağ münaqişəsinin tənzimlənməsi sahəsində Bakı ilə Vaşinqton arasında soyuqluğun olduğu qənaətindədirlər. Ceyms Uorlikin tvitter yazılarına Azərbaycanın belə sərt cavab verməsini tam haqlı hesab edən politoloq Rasim Musabəyov münaqişənin həllində belə mövqedən çıxış edən həmsədrlərin geri çağırılmasının doğru qərar olduğunu deyir. Ceyms Uorlikin tvitter yazıların qarşı Xarici İşlər nazirliyinin mövqeyini bir daha ortaya qoyan nazirliyin mətbuat katibi Elman Abdullayev, bu halın bir daha təkrarlanmasının yolverilməz olduğunu vurğuladı.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?