Mayın 10-u ümummilli lider Heydər Əliyevin ad günüdür
Ümumi milli liderin ad günü ərəfəsində əməkdaşımız Mais Məmmədov "İki Heydər haqqında" başlıqlı kiçik bir məqalə yazıb: Rusiyanın ən populyar qəzeti olan "Komsomolskaya pravda" bu günlərdə öz səhifələrində tanınmış televiziya elçisi, "Davay pojenimsya" proqramının aparıcısı Roza Sabitova ilə müsahibəni dərc edib. O, qəzetin əməkdaşlarına qızı Ksyuşanı öz verilişinə niyə dəvət etməsindən danışıb. Sabitovanın sözlərinə görə o, gözəl, ağıllı, telegenikdir və əsil ulduz olacağına ümid verir. Aparıcı qadın qürrələnməyi də unutmayıb: "Bu yaxınlarda mənə dedrilər ki, Ksyuşa Azərbaycan prezidentinin oğlu Heydərin çox xoşuna gəlib". Bunun nə qədər gerçək olmasını söyləmək, əlbəttə ki, çətindir. Mənim fikrimcə, bu, sadəcə, övladını sevən ananın piar-gedişidir. Digər tərəfdən, 17 yaşda, məhz Heydərin də 17 yaşı var, oğlanın xoşuna çox qız gələ bilər. Amma mən əminəm ki, bu gənc insanın özü bəşəriyyətin ən zərif yarısı tərəfindən ciddi diqqət obyektinə çevrilib, yaşından çox ağıllı olan bu yaraşıqlı gəncin adı gələndə artıq neçə-neçə qızın qəlbi döyünməyə başlayır. Heydərin Diplomatiya Akademiyasının divarları arasında jurnalistlərlə söhbətinin videokadrlarına bir neçə dəfə baxdıqdan sonra buna bir daha da əmin oldum. Etiraf edək ki, həyat təcrübəsinin müdrikləşdirdiyi insanlar belə videokameraların qarşısında heç də həmişə özlərini rahat hiss etmirlər. Həm də suallara cavab vermək lazımdır. Heydər zirvədə idi, özünü itirmədi, inamla, sakitliklə, demək olar ki, bütün suallara cavab verdi və hətta cavablarında özünü tənqid də var idi. Gənc Heydərin teledebütünün çox uğurlu olduğunu rahatlıqla demək olar. Qəfildən bununla əlaqəli olan bir məsələni xatırladım. Səhv eləmirəmsə, 1997-ci il idi, avqustun 7-də axşamın gec saatlarında biz jurnalistlər ABŞ-a rəsmi səfərə getmiş Azərbaycan prezidentinin geri qayıdışını gözləyirdik. Bakıya uçarkən o, dünyaya yeni gələn nəvəsini görmək üçün bir neçə saatlığa Londona enmişdi. Təyyarənin pilləkənlərini demək olar ki, qaça-qaça düşən dövlət başçısının sifətində özünə məxsus təkrarsız gülüşü var idi. Jurnalistlərin suallarını qabaqlayaraq ucadan bildirdi: "Yaxşı bir oğlan dünyaya gəldi! Adını Heydər qoyduq". Hər tərəfi alqış səsləri yüksəldi. Bu, bəlkə də böyük öndərin həyatının ən yaxşı saatlarından biri idi. İki qız nəvədən sonra kiçik Heydər də dünyaya gəlmişdi. Heydər Əliyevi heç vaxt belə xoşbəxt və cavanlaşmış görməmişdim. Mayın 10-u ümumimilli liderin ad günüdür. On minlərlə bakılı, şəhərimizin qonaqları Heydər Əliyevin abidəsinə baş çəkəcəklər. Çiçəklər qoyacaqlar, dua edəcəklər və ürəklərində deyəcəklər: "Sağ ol ki, düşmənin ölkəmizi tapdamasına imkan vermədin. Sağ ol ki, Azərbaycanı ayağa qaldırdın". Böyük Heydərin abidəsə önünə mütləq onun nəvəsi kiçik Heydər də gələcək. Çiçəklər qoyacaq, dua edəcək, əlbəttə kədərlənəcək ki, 17 il əvvəl məhz onun haqqında "Yaxşı bir oğlan dünyaya gəldi! Adını Heydər qoyduq" demiş sevimli babası yanında yoxdur.
Sorğu
Yeni dizaynımız necədir?