Ötən gün axşam saatlarında Lerikdə ağır cinayət hadisəsi baş verib
“Çoban Xanış” kimi tanınan mərhum Xanış Şahıyevin oğlu Nazim Şahıyev ailə münaqişəsi zəminində həyat yoldaşı Əliyeva Səkinə Şaban qızını qətlə yetirib. Mərhumun yaxınlarının sözlərinə görə, o,bir neçə dəfə ərizə ilə Lerik rayon İH-nə müraciət edib ki, həyat yoldaşı tərəfindən təhdid edilir və onu qətlə yetirə bilər. Amm bu müraciətə heç bir reaksiya verilməyib. Qeyd ediblər ki, ailədə tez-tez baş verən dava-dalaş zamanı həyat yoldaşı onu öldürəcəyini deyirmiş. Mərhum dəfələrlə bu barədə rayon hüquq-mühafizə orqanlarına da müraciət edib, lakin heç bir tədbir görülməyib. Qeyd edək ki, Nazim Şahıyevin qətlə yetirdiyi həyat yoldaşı iki uşaq anasıdır və 1975-ci ildə anadan olub. Leriki rayon xəstəxanasında xadimə işləyib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?