GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Şuşanın işğalından 22 il ötür

Şuşanın işğalından 22 il ötür

Tarix: 8-05-2014, 11:07 Bölmə :Ölkə Baxış: 0
Şuşanın işğalından 22 il ötür
300 azərbaycanlı 11 min erməniyə qarşı döyüşdü

Azərbaycan mədəniyyətinin mərkəzlərindən olan Şuşa şəhərinin Ermənistan ordusu tərəfindən işğal edilməsindən 22 il ötür.
Ermənistan ordusunun hücumu 1992-ci il mayın 8-nə keçən gecə başlayıb. Hücum əməliyyatı Ermənistan ordusunun Qarabağ cəbhəsinin komandanı Arkadi Ter-Tadevosyan tərəfindən imzalanmış əmr ilə başlayıb. Şuşa üzərinə hücum əməliyyatının məxfi adını ermənilər “dağlarda toy” adlandırıblar.
Arkadi Ter-Tadevosyan Şuşaya hücum edən Ermənistan hərbçilərinin sayının 3 min 800 nəfər olduğunu desə də, müstəqil ekspertlərin məlumatına görə, Şuşaya hücum edən Ermənistan ordusunun döyüşçülərinin sayı 11 minə qədər çatıb, şəhəri isə cəmi 500 hərbçi müdafiə edib. Ermənilər şəhərə hücum edən zaman şəhərdə cəmi 300 azərbaycanlı döyüşçü qalıb.
Arkadi Ter-Tadevosyan, Valeri Çitçyan, Arkadi Karapetyan, Samvel Babayan, Seyran Ohanyan, Jirayr Sefilyan, Qurgen Dalibaltyan və Razmik Melkumyanın rəhbərlik etdiyi 11 minlik ordu şəhərə hücum edib və təbii ki, iki günlük ağır döyüşlərdən sonra şəhəri alıblar. Şuşanın işğalı nəticəsində ermənilər tərəfindən şəhərdə 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilib, 165 nəfər yaralanıb, onlardan 150 nəfəri əlil olub, 552 körpə valideynlərini itirib, 20 mindən artıq əhali isə doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşüb. Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur.
Şuşanı alan Ermənistan ordusu da şəhəri çox böyük itkilər hesabına ələ keçirib. Arkadi Ter-Tadevosyanın dediyinə görə, itkilər o qədər böyük olub ki, o, qələbəyə sevinməyib. Şuşada verdiyi itkilər hələ 1987-ci ildən Moskvanın himayəsi altında yaradılmış Ermənistan ordusu qarşısına qoyulmuş digər planları yerinə yetirə bilmədi. 1987-ci ildə Vaziani poliqonunda təlimlərə başlamış 80 minlik Ermənistan ordusu Azərbaycanın silahsız olmasından istifadə edərək Qarabağı, Naxçıvanı və Gəncə-Qazax bölgəsini işğal etməli idi. Amma qəhrəmancasına döyüşən Şuşa bu məkrli planın gerçəkləşdirilməsinə imkan vermədi.
Şuşa tarixən Azərbaycana məxsus olub və orada bütün yaşayış məntəqələrini azərbaycanlılar tikib. Eramızın II əsrində yaşamış qədim Roma tarixçisi Gaius Cornelius Tacitus (Tasit) Qafqaz ərazisində dondar türk tayfasına məxsus Sosu (latın dilində “ş” səsi yoxdur) şəhərinin olması haqqında məlumat verib. Şəhər XVIII əsrin 50-ci illərinin əvvəllərində Qarabağ xanı Pənahəli xan tərəfindən bərpa edilib və sonradan Azərbaycan mədəniyyətinin mərkəzlərindən birinə çevrilib. Azərbaycan mədəniyyətinin böyük simaları Cabbar Qaryağdıoğlu, Qurban Pirimov, Bülbül, Seyid Şuşinski, Xan Şuşinski, Rəşid Behbudov, Üzeyir Hacıbəyov, Niyazi, Fikrət Əmirov, Süleyman Ələsgərov əslən şuşalıdır. Böyük ədəbiyyatşünas, pedaqoq Firidun bəy Köçərli, tanınmış yazıçılar Süleyman Sani Axundov, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, şairə Xurşudbanu Natəvan, şair Qasım bəy Zakir, rəssam Toğrul Nərimanbəyov, heykəltaraş Cəlal Qaryağdı və başqaları bu şəhərdə doğulub.
Azərbaycan xalqı bu doğma şəhərini heç vaxt unutmur və onun düşmən tapdağından xilas olacağına inanır. Hələ ki, Qarabağ münaqişəsinin həllini dinc yollarla arayan xalqımız münaqişənin hərbi yolla həlli variantını da yadından çıxarmır. Əgər bu istiqamətdə aparılan diplomatik danışıqlar nəticə verməzsə, gün gələcək, Azərbaycanın müzəffər ordusu Şuşanı və bütün Qarabağı düşmən tapdağından xilas edəcək.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Erməni generaldan ilginc açıqlamalar

    Erməni generaldan ilginc açıqlamalar ...

    25-02-2013, 11:17

  • 
  • Erməni general Qarabağda hücum hazırladıqlarını açıqladı: “Məndə belə məlumat var…”

    Erməni general Qarabağda hücum hazırladıqlarını ...

    10-06-2014, 11:49

  • 
  • Tehrandakı Qarabağ danışıqlarında iştirak etmiş politoloq Sərkisyanı təkzib etdi

    Tehrandakı Qarabağ danışıqlarında iştirak etmiş ...

    11-05-2019, 09:56

  • 
  • Arkadi Qriqoryan: “Azərbaycan ordusu həqiqətən 1-2 yüksəkliyi götürüb”

    Arkadi Qriqoryan: “Azərbaycan ordusu həqiqətən ...

    31-05-2018, 11:39

  • 
  • Erməni komandosdan şok sözlər – Video

    Erməni komandosdan şok sözlər – Video ...

    7-08-2014, 02:09


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu