GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Tehrandakı Qarabağ danışıqlarında iştirak etmiş politoloq Sərkisyanı təkzib etdi

Tehrandakı Qarabağ danışıqlarında iştirak etmiş politoloq Sərkisyanı təkzib etdi

Tarix: 11-05-2019, 09:56 Bölmə :Dünya Baxış: 387
Tehrandakı Qarabağ danışıqlarında iştirak etmiş politoloq Sərkisyanı təkzib etdi


Tofiq Abbasov: “Xəbər gəldi ki, Şuşaya artıq ermənilər daxil olub, Ter-Petrosyan inanmadı və köməkçisinə tapşırdı ki...”

Ermənistanın eks-prezidenti Serj Sərkisyan hakimiyyətdən devrildikdən sonra ilk dəfə jurnalistlərə danışıb. Mayın 8-də o, Şuşanın işğalı münasibətilə Azərbaycan ərazilərində keçirilən bayram tədbirlərinə qatılaraq Ermənistanın İctimai televiziyasının müxbirinin 27 il əvvəl baş verənlər haqda suallarını cavablandırıb.

Sərkisyan ənənəvi olaraq “Şuşanın alınması üçün hazırladıqları parlaq hərbi əməliyyat”, erməni səhra komandirlərinin “şücaətləri” haqda lovğalanıb. Amma Şuşanı ələ keçirməkdə onlara kömək edən əsas səbəb-Azərbaycanda o zaman hökm sürən siyasi xaos, çaxnaşma barədə də danışıb. Sərkisyan deyib ki, xeyli müzakirələrdən sonra Şuşaya dörd istiqamətdən hücum etməyi qərara almışdılar: “Əməliyyata general Arkadi Ter-Tadevosyan başçılıq edirdi. Sərkisyanın bildirdiyinə görə, Şuşa əməliyyatının uğurunun əsasını 1992-ci ildə Azərbaycan ordusunun Daşaltı kəndini azad etmək üçün keçirdiyi uğursuz əməliyyat qoymuşdu. ”Hərçənd həmin döyüşlərdə bizdən də xeyli adam həlak oldu, amma Azərbaycan ordusunun da ən döyüş qabiliyyətli batalyonu darmadağın edildi" - Sərkisyan deyib.

Bu barədə məlumat yayan Virtualaz.org xatırladıb ki, uğursuz Daşaltı əməliyyatı ilə bağlı sonradan Azərbaycanda uzun müddət istintaq getmişdi, həmin əməliyyata o vaxtkı müdafiə naziri Tacəddin Mehdiyev şəxsən başçılıq edirdi. İstintaq müəyyən etmişdi ki, əməliyyatın planlaşdırılmasında yol verilən taktiki səhvlər, qruplar arasında rabitə əlaqəsinin olmaması, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti nəticəsində Nəbilər kəndi istiqamətindən Daşaltıya daxil olan Azərbaycan bölmələri düşmənin pusqusuna düşərək tamamilə məhv edilib. Sərkisyan da təsdiq edib ki, Şuşanın ələ keçirilməsinin başlıca səbəblərindən biri heç də ermənilərin şücaəti ilə bağlı deyildi, Azərbaycan tərəfdə hökm sürən siyasi oyunlar, xəyanət və yararsız hərbi rəhbərliklə əlaqəli idi.

Şuşa uğrunda əsl döyüşlər isə qabaqdadır...

Siyasi şərhçi Tofiq Abbasov ile ilgili görsel sonucu

Siyasi şərhçi Tofiq Abbasov “Yeni Müsavat”a açıqlamasında isə fərqli fikirlər söylədi: “Sərkisyan əvvəlkitək yalan danışır. Şuşanı almaq üçün hansı dörd tərəfin mövcudluğundan bəhs etmək olar? Bu inandırıcı deyil. Şuşaya əsasən iki yol var idi, Xankəndindən və Laçından. Ondan qalan iki yol haradan çıxdı? Əslində sabiq prezident öz-özünü təkzib edir. Bir yandan deyir ki, onlar Şuşanı, guya ala biliblər, digər tərəfdən də o dövr Azərbaycan daxilində baş alıb gedən hərcmərclikdən danışır. Məhz ikinci amil Şuşanın əldən getməsini mümkün etdi. Əgər xəyanət və satqılıq olmasaydı, ermənilər Şuşaya daxil ola bilməzdilər. Qədim şəhərdən naməlum səbəblər ucbatından çəkilmiş Azərbaycan qoşunları ocaq. Allahın umuduna qoyduqdan sonra ermənilər Şuşaya daxil ola bilmişlər, atışmasız-filansız. Həm də onlar xeyli müddət cürət belə edə bilməyiblər ki, hücuma keçsinlər. Kəşfiyyatçılar əmin olduqda ki, Şuşada Azərbaycan ordusu yoxdur, ermənilər şəhərə daxil olublar... Odur ki, onların ”Şuşanı aldıq" demələri düzgün deyil. Şuşa onlara təhvil verilib".

T.Abbasov ilginc məlumatı da açıqladı. Dedi ki, Tehrandakı Qarabağ danışıqları zamanı o da İran paytaxtında olub, AzTV-nin çəkiliş qrupunun tərkibində: “Mən Tehranda Yaqub Məmmədovla Ter-Petrosyan görüşünün şahidiyəm. Mayın 8-sə səhər saat 10.30 radələrində prezident Rəfsəncaninin iqamətgahında atəşkəs barədə İranın vasitəçiliyi ilə müqavilə imzalanmaqdan əvvəl xəbər gəldi ki, Şuşaya artıq ermənilər daxil olub. Ter-Petrosyan inanmadı və köməkçisinə tapşırdı ki, O İrəvana zəng etsin. Çox geçmədi ki, köməkçi təsdiqlədi xəbəri. Bu həm də erməni rəhbəri tərəfindən sürpriz kimi qarşılandı...”

Belə çıxır ki, S.Sərkisyan L.Ter-Petrosyanın iradəsinin əleyhinə çıxıb? T.Abbasov bu suala cavabında dedi: “Xeyr. Sərkisyan faktiki olaraq ön xətdə idi, Ter-Petrosyan isə prezident idi. Onlar o zaman həmahəng və çiyim-çiyinə mübarizə aparırdılar. İran isə İraq müharibəsindən yenicə çıxmışdı deyə, həm öz bölgə lideri kimi nüfuzunu bərpa etmək istəyirdi, həm də şimal sərhədləri boyunca qaynar bölgənin olmasını istəmirdi. İranın vasitəçiliyinə isə bütün maraqlı tərəflər zidd idilər. İmzalanma mərasimə başlayar-başlamaz, xəbər gəldi”.

Ekspert dedi ki, əslində, nə Rusiya, nə də Türkiyə İranın vasitəçiliyini arzu etmirdilər: “Yəni, onlar daha çox İran diplomatiyasının uğurundan çəkinirdilər. Ter-Petrosyan əlbəttə ki, Şuşa planı haqda məlumatlı idi, lakin inanmırdı ki, bu şəhər çox asan tərzdə və itkisiz onların əlinə keçsin”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Erməni generaldan ilginc açıqlamalar

    Erməni generaldan ilginc açıqlamalar ...

    25-02-2013, 11:17

  • 
  • Sərkisyan Şuşanın işğalını bayram etmək üçün Qarabağa gəlib

    Sərkisyan Şuşanın işğalını bayram etmək üçün ...

    7-05-2017, 21:06

  • 
  • Şuşanın işğalından 22 il ötür

    Şuşanın işğalından 22 il ötür ...

    8-05-2014, 11:07

  • 
  • Şərkisyan Şuşada muzey açılışına qatılıb

    Şərkisyan Şuşada muzey açılışına qatılıb ...

    2-09-2014, 10:59

  • 
  • “Sərkisyan Qarabağı rüşvətlə satıb...”

    “Sərkisyan Qarabağı rüşvətlə satıb...” ...

    10-02-2014, 12:57


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (83)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu