Akif Nağı Azərbaycan bayrağının təhqir olunmasından danışdı “Ermənilər bununla öz səviyyələrini göstərirlər. Həm Türkiyə, həm də Azərbaycan bayrağına bu cür münasibət vəhşilikdir. Hərbi təlim keçirlər, güclərini göstərirlər. Ayrı bir şeyə gücləri çatmır deyə, bu cür səviyyəsiz addımlar atırlar. Ramil Səfərovla da bağlı Azərbaycan bayrağını təhqir etmişdilər. Amma cavablarını da aldılar”.
Virtualaz.org bildirir ki, bunu Modern.az-a Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Ermənistanda hərbi təlimlər zamanı Azərbaycan və Türkiyə bayraqlarının təhqir olunmasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, ermənilərin bu addımı onların zəifliyini göstərir: “Beynəlxalq ictimaiyyət bunu görməlidir. Burada söhbət bayrağın yandırılmasından gedir. Biz də il ərzində dəfələrlə yandırırıq. Buna haqqımız da var, çünki işğalçının bayrağıdır. Biz ermənilərin bayrağını yandıranda ölkəmizdə də bəziləri bizə qarşı mənfi münasibət bəsləyirlər. Düşünürəm ki, işğalçının bayrağı yandırılmalıdır. Dünyada belə praktika var, Amerikanın da, İsrailin də bayrağını yandırırlar”.
A.Nağı qeyd edib ki, bu hadisədən Azərbaycan hakimiyyəti istifadə etməlidir, həmin kadrları beynəlxalq təşkilatlara çatdırmalıdır.
Qeyd edək ki, Ermənistanın işğalı altında olan Dağlıq Qarabağda təlim keçən erməni əsgərləri üzərində Türkiyə və Azərbaycan bayrağı olan kərpicləri qırıb.
Nümayişdə Ermənistan və qondarma rejimin “bayraqları” da iştirak edib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?