“Bir dəfə Heydər Əliyev mənə dedi ki, bilirsən sənin yolundan nə qədər “kötük” təmizləmişəm? Əvvəl inanmadım, amma sonralar dəfələrlə şahidi oldum ki, düz deyirmiş”. Bunu Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı mərhum Heydər Əliyev haqqında danışarkən deyib. Onun sözlərinə görə, hələ gənc vaxtlarından Heydər Əliyevi tanıyıb: “O zaman mən gəc idim. Rəhmətlik Heydər Əliyev də rayonlara səfərə gedəndə özü ilə gənc yazıçıları, şairləri də aparırdı. Bir dəfə yenə hansısa rayona səfərə getmişdik, kolxozçulardan biri şeir demək istədiyini söylədi. Heydər Əliyev də həvəslə, diqqətlə onu dinlədi. Rəhmətlik məni yanına çağırdı və dedi ki, Sabir, bunun şeirini çap etdirərsən. Mən də həmin kolxozçunun şeirini o zamankı “Kommunist” qəzetində dərc elədim.” S.Rüstəmxanlı daha sonra bildirib ki, H.Əliyevlə bağlı xeyli xatirələri var, amma oğlu İlham Əliyev prezidentdir deyə, yazmır: - “Deyərlər oğlu dövlət başçısı olduğuna görə yazır”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?