Prezidentin açılışını etdiyi bina bir ay sonra yerlə yeksan edildi
gundemxeber.az Bu yaxınlarda istifadəyə verilən və prezident İlham Əliyevin Beyləqana səfəri zamanı açılışı olan Heydər Əliyev Mərkəzini sökürlər. Məlumata görə, söküntü işləri yerli icra hakimiyyəti tərəfindən aparılır. Hazırda Heydər Əliyev Mərkəzinin sökülmə prossesi davam etdirilir. Demək olar ki, mərkəz yerlə yeksan edilib. Onu da qeyd edək ki, Heydər Əliyev Mərkəzinin sökülməsi rayon sakinlərinin ciddi narazılığına səbəb olub. Rayon sakinləri Mərkəzin sökülməsində icra başçısı Vaqif Abdullayevi günahlandırırlar. Moderator.az-a açıqlamasında Beyləqan rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayev deyilənləri təkzib edib. Onun sözlərinə görə, İlham Əliyevin açılışını etdiyi muzeyi sökülməyib: "Sökülən köhnə bir binadır. Orada yeni gənclər mərkəzi tikiləcək". Sonradan isə rayon rəsmilərindən başqa xəbər gəlib. Sözügedən söküntü işləri ilə əlaqədar Beyləqan rayon İcra Hakimiyyəti başçısının sosial -iqtisadi məsələlər üzrə müavini Məhəmməd Qələndərov Heydər Əliyev Mərəzinin sökülməsini təsdiqləyib:” Bəli Heydər Əliyev Mərkəzi sökülüb. Sözküntü işləri Prezident Administrasiyası ilə razılaşdırılıb. Həmin binanın yerində 3 mərtəbli Gənclər Mərkəzi tikiləcək”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?