Dünyada iqtisadi azadlıq 59,6 bal toplayıb. Bu, keçən ildəkindən 0,1 bal yuxarıdır. İqtisadi cəhətdən dünya son bir ildə cüzi də olsa, daha azad olub. 19 ildir ki, ABŞ-ın Heritage Foundation təşkilatı və Wall Street Journal qəzeti İqtisadi Azadlıq İndeksi adlı hesabat hazırlayırlar. Yeni yayılan 2013-ci il üçün hesabatda Azərbaycan iqtisadi azadlığın vəziyyətinə görə, 177 ölkə arasında 88-ci yerdədir. Azərbaycan “əsasən azad olmayan ölkələr” sırasına salınıb. Azərbaycan ümumilikdə 59,7 bal alıb. Yəni, həm tutduğu yerə, həm topladığı bala görə Azərbaycan dünyada düz ortadadır. Azərbaycan topladığı bala görə, keçən illə müqayisədə irəliləyib, ancaq 2011-ci illlə müqayisədə eyni vəziyyətdədir. Azərbaycan iki sahədə ən aşağı qiymətlər alıb. Biri korrupsiyadan azad olmaqdır- burda Azərbaycana 24 bal verilib. Bundan azca yuxarıda Azərbaycanda əmlak hüquqlarının qorunmasına verilən qiymətdir- 25 bal. Maliyyə azadlığı 40 bal, investisiya azadlığı 55 bal yığıb. Müqayisə üçün, Azərbaycanda biznes azadlığına 69, ticarət azadlığına 77 bal verilib. İşçi azadlığı 79 bal alıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?