Azərbaycan Amerikanın «İrs Fondu» (The Heritage Foundation) və «The Wall Street Journal» qəzetinin 2014-cü il üçün iqtisadi azadlıq indeksində (Index of Economic Freedom 2014) 178 ölkə arasında 61,3 balla 81-ci yeri tutub (ötən il 185 ölkə arasında 59,7 balla 87-ci). Ölkə üçün ən yaxşı qiymət fiskal azadlıq üzrədir – sahibkarlığın “vahid” pəncərə prinsipi ilə qeydiyyatı və virtual rejimdə hesabatlılığı 100 baldan 88,1 bal təmin edib (ötən il 24 bal). İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədri Azər Mehdiyev deyir ki, formal yaxşılaşmanı hesablama metodologiyasında axtarmaq lazımdır. Əvvəla, obyektivlik məqsədi ilə (münasibətləri pozmamaq üçün) yerli hökumətin tövsiyə etdiyi ictimai təşkilatlara müraciət edilir və formal göstəricilər alınır. Bundan başqa, siyasi hakimiyyətin xeyrinə olan bir sıra məqamlar nəzərə alınır, belə ki, dövlət başçısı hər rüb hökumətin iclasını keçirir, korrupsiya ilə mübarizənin zərurəti, yeniləşməyə maraqlı olması barədə danışır. Prezident fərman və sərəncamlar imzalayır, hökumət bir sıra sahibkarlıq subyektlərini (texnoparklar və ya özəl məktəbəqədər müəssisələr) 7, hətta 10 il müddətinə vergidən azad etmək barədə qərarlar qəbul edir. Bunlar da xal veriləndə nəzərə alınır. Amma, heç kim hesaba almır ki, vergi müfəttişliyi prezident seçkilərindən dərhal sonra yerli biznesmenləri faiz verməyə məcbur etdi, sərf etməyənləri bağlamaqla, maliyyə sanksiyaları ilə hədələyirlər və s. Hesabat hazırlayanları maraqlandırmır, neçə hüquqi və fiziki şəxs inkişaf üçün imkan olmadığından fəaliyyətini dayandırıb. Hərçənd 2012-2013-cü illərdə 145 min 247 vergi ödəyicisi qeydiyyata alınıb. Heç kəs girov əmlakının qiymətini azaldan qiymətləndiricilərin fəaliyyətindən iqtisadi ziyanı hesaba almır. Orta riyazi rəqəm ölkənin Index of Economic Freedom 2014-də reytinqini müəyyən etmək üçün əsas ola bilməz, - deyə Mehdiyev düşünür. Fiskal mühitlə bağlı formal yaxşılaşma ilə yanaşı mülkiyyətçilərin hüquqları və korrupsiya üzrə göstəricilər pisləşib, ötən il 25 və 24 bal idi, indi 20 və 22,7 baldır. «İqtisadi azadlıq cəhətdən bunlar daha vacibdir. Parlament bu yaxınlarda prezidentin imzalaması üçün qanunvericilik aktı göndərib. Orda QHT-lərin hüquq və azadlıqları ayaqlanır. Bu isə korrupsiya üçün geniş imkanlar yaradır. Vətəndaş cəmiyyəti necə soyulduğunu sakitcə müşahidə etməyə məcburdur», - deyə Mehdiyev qeyd edir. İqtisadçı Qubad İbadoğlunun fikrincə, hakimiyyətin siyasi monoloqu, QHT-lərə qanunla təzyiqi, beynəlxalq öhdəliklərə zidd qərarları Qərb üçün qaz və neft sazişlərinin prioritet olmasının nəticəsidir. «Strateji, o cümlədən yanacaq təhlükəsizlik məsələləri strateji tərəfdaş ölkələrdə demokratiya problemlərindən ayrılmamalıdır. İndeks sifarişçiləri qərara gəlməlidirlər: biz onların strateji tərəfdaşı, dostuyuq, yoxsa nəqliyyat dəhlizi və karbohidrogen tədarükçüsü», - deyə İbadoğlu bildirib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?