GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bir kəndin faciəsi

Bir kəndin faciəsi

Tarix: 13-05-2014, 10:32 Bölmə :Ölkə Baxış: 0
Bir kəndin faciəsi
Qazaxın Orta Salahlı kəndini “ortada” qoyanlar

Orta Salahlı kəndi Qazaxın qədim kəndlərindəndir. 900 nəfər seçicisi, 1600 nəfər sakini olan kənd, demək olar ki, gözdən uzaq, könüldən qıraq düşüb. İqtisadi inkişaf proqramına nəzər yetirəndə görürsən ki, ucqar dağ kəndlərində yol, qaz, su probleminin həlli üçün xeyli iş görülməkdədir. Amma Qazaxdan görünən Orta Salahlı kəndi tamam yaddan çıxıbdır. Hələ də kənd sakinləri içməli suyu pulla alırlar. Suvarma suyundan isə danışmağa dəyməz. Onun sayəsidir ki, kənd sakinlərinin torpaqdan əli soyuyub. 840 hektar torpaq sahəsi kənd əhalisinin öhdəsinə verilmişdir. Həmin 840 hektarın 355 hektarı suvarılan sahə olsa da, illərdir su üzünə həsrət qalıb. Ona görə heç kim pay torpağını əkib becərmək istəmir.
Adının çəkilməsini istəməyən kənd sakini söylədi ki, “xeyli vaxtdır kəndin rəhbər sarıdan bəxti gətirmir. Elələrini kəndə rəhbər təyin edirlər ki, adamlar problemlərini söyləməyə belə arlanırlar. Məsələn, Vidadi Niyazəliyev yaxşı rəngsaz idi. Qapısında iş gördürənlər onun hazırda kəndin icra nümayəndəsi olmasına baxmayaraq, bu gün də Vidadinin əl işindən danışırlar. Vəzifə tərəzisinə daş atmayan bu adamın icra nümayəndəsi olması kiminsə yuxuda armud görməsi kimi bir şeydir. Bunun nəticəsidir ki, ona müraciət edənlərlə Vidadi kişi müştəri kimi davranır. Əlbəttə ki, Vidadi kimilərinin qəfildən kənd icra nümayəndəsi təyin edilməsi problemli kəndimizdə problemlər yaratmaqdadır. İşi-gücü “qaz vurub qazan doldurmaqdır”.
Odur ki, Orta Salahlı kəndində olub söylənilənlərin doğru olub olmadığını bilmək üçün həmin kəndə üz tutduq. Kənd icra nümayəndəliyinin binasına yaxınlaşanda hiss etdim ki, vəziyyət daha acınacaqlıdır. Nümayəndəliyi və bələdiyyə binasını qalın tikan kolları basmışdı. Binanın qarşısında qoyulmuş xalq şairi Səməd Vurğunun büstü baxımsızlıqdan pis görkəm almışdı. Vaxtilə Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidə qeyri vətənpərvərlikdən xəbər verir. Səhər saat 11: 00 olmasına baxmayaraq nə bələdiyyə sədri, nə də icra nümayəndəsi iş yerinə gəlməmişdi. Sən demə, bizi idarənin həyətində görən kənd rəhbərləri məktəbin həyətində gizləniblərmiş. Nəhayət, Vidadi Niyazəliyevlə görüşəcəyimizi başqa vaxta keçirdik. Onunla 1 aydan sonra görüşə bildik. İlk öncə idarə binasına, Səməd Vurğunun büstünə və xatirə abidəsinə biganəliyini soruşduq. V. Niyazəliyev bildirdi ki, “vəsait yoxdur. Bələdiyyə sədri Südabə Alıyeva müstəqil bazar açıb. Məni eşitmir və saymır”. Nə isə, fürsət tapıb 2-ci sual ünvanladıq ki, deyirlər 250 hektar taxıl əkilməsini göstərsəniz də o qədər taxıl əkilməyib? Elə bil Niyazəliyevin yarasının qaysağı qopdu. “Gedin, onu Qazax İHB-dan soruşun. Bizlik nə var? Təzyiq altında çox şeylərə imza atmışıq. Vallah, işləniləsi deyil. Suriyaya döyüşə getmək bundan yaxşıdır. Verdiyimi çıxardan kimi ərizə verib işdən çıxacağam”.
Belə başa düşdük ki, 700 hektara yaxın taxıl sahəsini V. Niyazəliyev ona görə 250 hektara çatdırıb ki, xeyli məbləğdə subsidiyanı mənibsəyib aradan çıxsın. “Perepiska” əməliyyatı Vidadinin də canına hopub.
Çox cəhd etdik ki, Vidadinin söylədiyi Südabə Alıyevanın müstəqil bazarı haqqında məlumatlanaq. Amma dedilər ki, “təhsilli bələdiyyə sədrinin başqa vacib işləri olduğuna görə bir neçə gün işdə olmayacaq. Yəqin ki, bizi düşündürən suallara Südabə Alıyevanın özü cavab versə, daha məqsədəuyğun olar. Nə deyək, bələdiyyə sədrinin vaxtı az olsa da, bizim səbrimiz çoxdur.
Vəkil RÜSTƏM
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Qazaxın ən böyük kəndində etiraz aksiyası olacaq

    Qazaxın ən böyük kəndində etiraz aksiyası olacaq ...

    13-01-2015, 17:49

  • 
  • Qazaxda doğuş faciəsi: ana da, uşaq da öldü

    Qazaxda doğuş faciəsi: ana da, uşaq da öldü ...

    14-07-2014, 01:10

  • 
  • Qazaxın Kəmərli kəndində atışma başladı – SON DƏQİQƏ

    Qazaxın Kəmərli kəndində atışma başladı – SON ...

    3-08-2014, 02:55

  • 
  • Salyanın yezidi kimdir? – İcra başçısına açıq məktub

    Salyanın yezidi kimdir? – İcra başçısına açıq ...

    25-01-2019, 17:23

  • 
  • «Qadın elə «pereval»da doğdu»

    «Qadın elə «pereval»da doğdu» ...

    7-04-2016, 16:26


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (522)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu