Bu gün Azərbaycanda yenə də doğuş zamanı ana və övladı ölüb. Mediaxeberleri.com-un verdiyi məlumata görə, hadisə Qazax rayonunun Daş Salahhlı kənd xəstəxanasında baş verib. Belə ki, Daş Salahlı kənd sakini Bayramaova Şəhla Elxan qızı dünən axşam saatlarında doğuş sancısıyla kəndin həkim məntəqəsinə gətirilib. Doğuş təbii üsulla həyata keçirilib. Lakin bu zaman uşaq və ana dünyasını dəyişib. Məsələ ilə əlaqədar xəstəxananın mamaçası (adının çəkilməsini istəməyən) bildirib ki, uşaq həddindən artıq böyük olduğu üçün doğuş prosesi ləngiyib. Bu zaman uşaq havasızlıqdan boğulub. Ana isə çox qan itirdiyi üçün ölüb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?