Azər Qasımov prezident İlham Əliyevin məzuniyyətdə olub-olmaması barədə sualı dinləyib, amma cavablandırmayıb
Prezident İlham Əliyev 2013-cü ildə ictimaiyyət arasında görünməyib. Bəzi media quruluşları dövlət başçısının məzuniyyətdə olduğunu xəbər versə də, rəsmi dairələr bu məlumatlara aydınlıq gətirmir. “Media forum” saytı yanvarın 10-da prezidentin mətbuat katibi Azər Qasımovla əlaqə saxlayıb. Azər Qasımov prezident İlham Əliyevin məzuniyyətdə olub-olmaması barədə sualı dinləyib, amma cavablandırmayıb: “Mən özüm sizinlə əlaqə saxlayacam”. Ancaq iş günün sonunadək mətbuat katibindən xəbər çıxmayıb. “Media forum” bir daha Azər Qasımovla əlaqə saxlayıb, amma suala yenə cavab almaq mümkün olmayıb. 2013-cü il girəndən rəsmi dövlət agentliyi AzərTAc-da prezident İlham Əliyevin iki təbrik məktubu (pravoslav xristian icmasına; Myanma prezidentinə) və üç sərəncamı (Yardımlı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında; Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında; Sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərilməsi sahəsində əlavə tədbirlər haqqında) dərc olunub.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?