Bakı Beynəlxalq Avtovağzalı 15 günədək gücləndirilmiş iş rejimində çalışacaq Respublikada hökm sürən qarlı-şaxtalı hava şəraiti ilə bağlı bölgələrə hərəkət edən sürücülərə təhlükəsizlik və sürət həddi ilə bağlı təlimatlar verilib, nəzarət gücləndirilib. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şəfa Mehmanqızının verdiyi məlumata görə, marşrutu Ağsu dolaylarından keçən avtobuslar Bakı-Qazax avtomobil yolundan istifadə edir. “Amma Bakıdan Şamaxıya gedən avtobuslar eyni yolla, yəni Bakı-Şamaxı yolu ilə hərəkət edir. Şamaxıdan sonra, yəni Ağsu dolaylarında artıq hərəkət dayandırılıb. Buna baxmayaraq, təxirə salınan reysimiz yoxdur. Bundan başqa, Quba-Qusar yoluna daha çox yağıntı düşməsi səbəbindən orada hərəkət sürəti azdır”, – deyə Ş.Mehmanqızı əlavə edib. Bölgələrə üz tutan sərnişin sayına gəlincə, qurum sözçüsü deyib ki, Bakı Beynəlxalq Avtovağzalında bu gün ərzində sərnişin sayı çox az olub: “Avtobuslar dolmamış reyslərini davam etdiriblər. Bütün istiqamətlərdə sərnişin sayı minimum həddə olub”. Ş.Mehmanqızı onu da qeyd edib ki, dekabrın 25-dən yanvarın 7-nə kimi, Bakı Beynəlxalq Avtovağzalı gücləndirilmiş iş rejimində çalışacaq.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?