Dağ-xizək kompleksinə dövlət investisiyaları 1 mlrd. manatı ötüb
Nazirlər Kabineti 2013-cü il üçün dövlət investisiyaları vəsaitini nazirliklər və idarələr arasında bölüşdürüb. Vəsaitin ümumi məbləği 6,9 mlrd. manat təşkil edir. Ənənəyə uyğun olaraq hökumət dövlət investisiyaları vəsaitinin bölünməsi barədə sərəncamı məxfi saxlayır. Lakin üçüncü sektor bu sənədi “əldə edə” bilib. İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin (İTY) sədr müavini Rövşən Ağayev sosial şəbəkədə bu sərəncamdan bəzi göstəriciləri dərc edib. Belə ki, Qusar rayonunda dağ-xizək kompleksinin yaradılması üzrə tikinti-quraşdırma işlərinin davam etdirilməsinə 2013-cü ilin dövlət büdcəsindən əlavə olaraq 100 mln. manat ayrılıb. Beləliklə, bu layihəyə ayrılan dövlət investisiyalarının ümumi həcmi 1,3 mlrd. dolları ötüb. İqtisadçı hesab edir ki, bu cür kommersiya obyektlərinin dövlət tərəfindən inşası düzgün deyil. “Dövlət biznes üçün elə şərait yaratmalıdır ki, özəl sektor bu cür layihələrə investisiya qoyuluşunda maraqlı olsun”, - o qeyd edib. Eyni zamanda R.Ağayevin fikrincə, dağ xizəkçiliyi idmanına və dağ turizminə böyük vəsait qoyuluşu kommersiya baxımından da özünü doğrultmur. Belə ki, regionda (Türkiyə və Gürcüstan) artıq oturuşmuş analoji komplekslər var. İnvestisiyaların verilməsi uzun vaxt apara bilər. Qeyd edək ki, dağ - xizək kompleksinin inşasının operatoru Mədəniyyət və Turizm Nazirliyidir. İndiyə qədər kompleksdə bır xizək trası, kanat yolu və bir neçə otel istifadəyə verilib. “İqtisadiyyat şöbəsi”
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?