Bu gün Milli Məclisdə 2014-cü ilin dövlət büdcəsinin müzakirəsinə başlanılacaq. ANS PRESS-ə istinadən məlumata görə, büdcə zərfinə daxil olan qanun layihələri müzakirələrinin noyabrın 12, 13, 14, 15-də davam edəcəyi gözlənilir.
İclasların gündəliyinə 6 məsələ daxildir. Bunlar “2014-cü il dövlət büdcəsi haqqında”, “Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il büdcəsi haqqında”, “2014-cü il üçün yaşayış minimumu haqqında”, “2014-cü il üçün ehtiyac meyarının həddi haqqında”, “Milli Məclisinin 2014-cü il üçün xərclər smetası haqqında” və “Hesablama Palatasının 2014-cü il üçün xərclər smetası haqqında” qanun layihələridir.
Məlumata görə, builki büdcənin investisiya xərcləri yüksək səviyyədədir. Təhsil, səhiyyə, elm, mədəniyyət və digər sahələrə ayrılan xərclər artıb. Təhsilin 12 faiz , səhiyyənin 14 faiz , elmin 15 faiz , mədəniyyət xərclərinin də bu civarda artması planlaşdırılır. Təhsilə ayrılan vəsaitin 1 milyard 653 milyon artırılacağı gözlənilir.
2014-cü ildə dövlət büdcəsinin gəlirləri 18 mlrd. 384 mln. manat, xərcləri isə 20 mlrd. 63 mln. manat həcmində proqnozlaşdırılır. 2013-cü il üzrə isə bu göstərici müvafiq olaraq 19 mlrd. 159 mln. manat və 19 mlrd. 850 mln. manat gözlənilir. 2014-cü ildə dövlət büdcəsinin kəsiri 1,679 mlrd. manat proqnozlaşdırılır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?