Rasmussenin qeyd edib ki, Putinin qoşunları geri çəkməsi ilə bağlı verdiyi bəyanat həqiqətə uyğun deyil
Amerika Birləşmiş Ştatlarına məxsus süni peyk şəkilləri Rusiya qoşunlarının Ukrayna ilə sərhəddə cəmləşdiyini göstərir. Bu barədə "Euronevs" teleknkalı NATO təşkilatının baş katibi Anders Foq Rasmussenin məruzəsinə istinadən məlumat verib. Rasmussen qeyd edib ki, Rusiya prezidenti Vladimir Putinin qoşunları geri çəkməsi ilə bağlı bir qədər əvvəl verdiyi bəyanat həqiqətə uyğun deyil. NATO rəsmiləri mart ayında çəkilən fotoşəkillərlə ən son çəkilən fotoşəkilləri müqayisə edərək belə bir qərara gəliblər. Rəsmilərin sözlərinə görə, hazırda Rusiyanın Ukrayna ilə sərhədlərində 40 minə yaxın qoşun yerləşdirilib.
Sorğu
Yeni dizaynımız necədir?