Rusiya Prezidenti Vladimir Putinin sülh təşəbbüsü reallıqdan tamamilə uzaqdır.
Bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixail Podolyak “X” hesabında yazıb.
“Rusiyadan yeni sülh təklifləri yoxdur. Vladimir Putin daha əvvəl də eşitdiyimiz fikirləri səsləndirib. Onun açıqlaması beynəlxalq hüququn pozulması ilə yanaşı, həm də Rusiya rəhbərliyinin reallıqları adekvat qiymətləndirmək iqtidarında olmadığını göstərir. Bu təkliflərdə nə yenilik, nə real sülh təklifləri, nə də müharibəni başa çatdırmaq istəyi var”, – o qeyd edib.
Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə danışıqların şərtlərini açıqlayıb. Putin Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə görüşdə bildirib ki, Kiyevlə danışıqların şərtləri bunlardır: Ukrayna qoşunları Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin inzibati sərhədləri daxilindən tamamilə çıxarılmalıdır.
Onun sözlərinə görə, Ukrayna qoşunlarının real çıxarılması başlayan kimi və Kiyev NATO üzvlüyündən imtina etmək planlarını bildirən kimi, Moskva atəşkəs və danışıqların başlanması barədə göstəriş verəcək.
"Rusiya ordusu Xerson və Zaporojye vilayətlərinin bir hissəsini ələ keçirdikdən sonra bir sıra ölkələr vasitəçiliyə hazır olduqlarını bəyan ediblər", - Putin deyib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?