40 yaşlı daimi yaşayış yeri olmayan şəxs yeniyetmənin başını aldadaraq meşəyə aparıb
Rusiyanın Semenov rayonunda Aleksey Yujib adlı bomj 12 yaşlı məktəbli qızı meşəyə apararaq zorlayıb. Hadisə aprel ayının sonu baş verib. 40 yaşlı daimi yaşayış yeri olmayan şəxs yeniyetmənin başını aldadaraq meşəyə aparıb. Semyonovsk rayonarası istintaq komitəsi həddi-buluğa çatmamış məktəbli qızın zorlanması haqqında işi araşdırır. İstintaqın versiyasına görə, bomj qurbanını güclə daşıyaraq meşəyə aparıb: "Qıza psixoloji dəstək göstərilib, hal-hazırda isə evində dincəlir", - deyərək polis əməkdaşı Yujin bildirib. Qeyd edək ki, saxlanılan şəxs bundan öncə də belə işlər üzrə cinayət məsuliyyətinə cəlb edilib. İstintaq prosesi hələ ki, başa çatmayıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?