Binəqədi Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Dərnəgül qəsəbəsindəki yataqxanada, 1986-cı il təvəllüdlü Aynurə Şahlar qızı Kazımovanın başını kəsərək qətlə yetirməkdə təqsirli bilinən, 1980-ci il təvəllüdlü Rafiq Eldar oğlu Ələkbərov saxlanılıb.
Faktla bağlı başlanmış cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
Qeyd edək ki, məlum hadisə dekabrın 27-də Dərnəgül qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində yerləşən yataqxanada Füzuli rayon sakini, 1986-cı il təvəllüdlü Aynurə Şahlar qızı Kazımova naməlum şəxs tərəfindən başı kəsilərək qətlə yetirilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?