Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti An Brassör bu gün Azərbaycana səfərə gəlir. An Brassör AŞPA-nın Daimi Komitəsinin iclası çərçivəsində Bakıda yüksək səviyyəli danışıqlar aparacaq. Məlumatda qeyd olunur ki, bu gün An Brassör Azərbaycanın rəhbərliyi və Milli Məclisin sədri Oqtay Əsədovla görüşəcək. Sabah isə AŞPA prezidentinin Baş nazir Artur Rasi-zadə və xarici işlər naziri Elmar Məmmədyarovla görüşləri nəzərdə tutulub. Xanım Brassör səfərin yekunlarına dair mayın 23-də mətbuat konfransı keçirəcək.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?