Videoda təsvir edilmiş əsgərlərin əksəriyyəti növbəti gün həlak olub
Donetsk regionunda separtçıların ötən gecə hücumu zamanı Ukrayna ordusunun 13 əsgəri ölüb. Ukrayna ordusunun 6 həftədir ki, başladığı anti-terror əməliyyatı dövründə bu gecəki hücum ən qanlı hücum kimi yadda qalıb. İnternetdə güllələnmədən bir gün əvvəl Volnovaxanın altında keşikdə duran Ukrayna hərbçilərinin videosu yayılıb. Videoda təsvir edilmiş əsgərlərin əksəriyyəti növbəti gün həlak olub. Xatırladaq ki, 21-dən 22-nə keçən gecə özünü "Donetsk xalq respublikasının" döyüşçüləri elan etmiş rusiyameyilli separatçı dəstə Volnovaxa şəhərini tutmağa çalışaraq Ukrayna hərbçilərinin blokpostuna hücum ediblər. Volnovaxa döyüşündə 16 döyüşçü həlak olub.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?