Yanvarın 13-də Ukrayna ordusunun Donetsk hava limanındakı mövqelərinə hücum edən separatçılar və onların tərəfindən döyüşən rusiyalı silahlılar itki verərək geri çəkilib.
APA-nın xəbərinə görə, bunu özünün facebook səhifəsində Ukrayna Ali Radasının üzvü, "İnformasiya Müqaviməti” hərbi tədqiqatlar mərkəzinin rəhbəri Dmitri Tımçuk yazıb.
D. Tımçuk bildirib ki, son günlər Donbasda atışmaların intensivliyi və Ukrayna mövqelərinə hücum cəhdlərinin sayı artıb: "Donetsk hava limanında Rusiya qüvvələrinin həmlə qruplarından biri Ukrayna ordusunun xəncərvari cinah atəşinə məruz qalaraq itki verib. Ukrayna güc strukturlarının əməkdaşları iki "kadırovçu”nu əsir götürüb. Onlar Çeçenistan Daxili İşlər Nazirliyinin əməkdaşlarıdır”.
Sorğu
Yeni dizaynımız necədir?