Cümhuriyyət Xalq Partiyası və Xalqın Demokratik Partiyasının təklif etdiyi sorğu qəbul edilməyib
Türkiyədə müxalifətçi Cümhuriyyət Xalq Partiyası (CHP) və Xalqın Demokratik Partiyasının (HDP) Soma faciəsi ilə əlaqədar iki nazir barədə Türkiyə Böyük Millət Məclisinə (TBMM) göndərdiyi deputat sorğusu qəbul olunmayıb. əmək və sosial təminat naziri Faruk Çelik ilə enerji və təbii sərvətlər naziri Taner Yıldızın araşdırılması barədə təklif TBMM-nin plenar iclasında gündəmə götürülməyib. Xatırladaq ki, daha əvvəl Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Soma faciəsi zamanı göstərdiyi xüsusi fəallığa görə, enerji və təbii sərvətlər naziri Taner Yıldızı tərifləmiş və təbrik etmişdi.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?