Noyabrın 1-də Türkiyə Böyük Millət Məclisinə (TBMM) keçirilən seçkilərdə qələbə qazanan deputatların bu gün andiçmə mərasiminin keçiriləcəyi gözlənilir.
Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, 1 noyabrda keçirilmiş seçkilərdə 40,87 faiz səslə hakim Ədalət və İnkişaf Partiyası (AKP) yenidən qələbə qazanıb.
Seçkilərdə ikinci yeri 24,95 faiz səslə Cümhuriyyət Xalq Partiyası (CHP), üçüncü yeri 16,29 faiz səslə Milliyyətçi Hərəkat Partiyası (MHP), dördüncü yeri isə 13,12 faiz səslə Xalqların Demokratik Partiyası (HDP) qazanıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?