Partlayışlar şəhərin üç müxtəlif bölgəsində meydana gəlib
Bağdadda zəvvarlara hücum nəticəsində 32 nəfər dünyasını dəyişib. Bu barədə "Reuters" agentliyinə yerli polisdən və səhiyyə işçilərindən xəbər daxil olub. Partlayışlar Bağdadın üç müxtəlif bölgəsində həyata keçirilib. Mənbə bildirib ki, hücum zəvvarların istirahət üçün toplandığı yerə bomba quraşdırılmış avtobusun yaxınlaşarkən partlaması nəticəsində baş verib. Partlayışda 14 nəfər bombalı hücumun qurbanı olub. İkinci partlayış isə şəhərin qərb bölgəsində avomobillərdən birinə quraşdırılmış bombanın partlaması nəticəsində baş verib, 6 nəfər ölüb. Üçüncü bir partlayış Bağdadın şərqində həyata keçirilib, burada isə 12 nəfər dünyasını dəyişib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?