Polisə aid maşını hədəf alan bomba yüklü bir yük maşınının partladılması nəticəsində isə 2 polis ölüb, 10 polis yaranıb
İraqda güclü partlayışlar meydana gəlib. Ötən gün İraqın paytaxtı Bağdadda baş verən partlayışlarda 7 nəfərin öldüyü, 29 nəfərin isə yaralandığı bildirilib. Paytaxtın Səbu-İbkar bölgəsində bomba yüklü maşının partlaması nəticəsində 3 nəfər ölüb, 12 nəfər yaralanıb. Eş-Şağb bölgəsində isə başqa bir maşına yerləşdirilən bombanın partladılması 2 adamın ölümünə, 7 adamın yaralanmasına gətirib çıxarıb. Əl-Musenna körpüsündə polisə aid maşını hədəf alan bomba yüklü bir yük maşınının partladılması nəticəsində isə 2 polis ölüb, 10 polis yaralanıb. Partlama səbəbiylə körpüdə geniş diametrdə ziyan meydana gəlib. Diyalanın Bəhrəz məhəlləsi ağsaqqalı Həsən əl- Bəyati isə srağagün silahlı bir qrupun Ez-Zuhur bölgəsindəki "Aişə Ümmül Möminin Məscidi"nə bombalı hücum təşkil etdiyini və bölgədəki 3 məscidi də yandırdığını vurğulayıb. Yaşananları "faciə" olaraq xarakterizə edən Bəyati bölgədə yaşanan dəhşətli hadisələrin araşdırılması üçün hökumət tərəfindən təcili bir komissiya yaradılmasını istəyib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?