GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Binəqədinin qədim dərdi

Binəqədinin qədim dərdi

Tarix: 15-01-2013, 10:57 Bölmə :Ölkə Baxış: 1 331
Xaləddin İsgəndərov icra başçısı təyin
olunandan sonra rayonun problemləri daha da artıb


Binəqədi rayonu “əsaslı” şəkildə yenidən qurulur. Əsaslı sözünü ona görə dırnaq içində (ironiya ilə - R.D) ona görə yazdıq ki, rayonun ən gözəgəlimli yerləri üzlənilir, könüldən uzaq ünvanlar isə illərdir heç kimi yadına düşmür...

İki ilə üç təmir...
Binəqədinin qədim dərdi

Başlayaq Binəqədinin girişindən. Rayonda ən böyük tikinti-quruculuq işlərindən biri də Heydər Əliyevin adına olan parkda gedir. Rəsulzadə qəsəbəsində yerləşən bu park 2001-ci ildə salınıb. Hazırda Samuxun icra başçısı olan Alı Qocayev bu rayonun başçısı olan zaman parkı bir dəfə əsaslı təmir etdirib. Belə ki, 2010-cu ilin dekabrından yenidənqurma işlərinə başlanılıb və 2011-ci ilin sonlarında istifadəsi nəzərdə tutulmuşdu. Tikinti işləriylə İlham Əliyev də maraqlanıb. Deyilənlər kimi də oldu və bir ildən sonra, yəni 2011-ci ilin sonlarında park rayon sakinlərinin ixtiyarına verildi. Ancaq az keçmədi ki, yenidən təmirə dayandırıldı. Sonuncu dəfə istifadəyə veriləndə parkın giriş qapısı 10 sütundan ibarət olub ki, hündürlüyü 12,5 metr, uzunluğu isə 80 metr idi. Bundan əlavə, girişdə 25 metr hündülükdə bayraq dirəyi ucaldılıb. Ötən ilin aprel ayında Binəqədiyə icra başçısı təyin edilən Xaləddin İsgəndərov parkın dizaynına “bir az” əl gəzdirməyi əmr edib. Parkda əsaslı təmir və yenidənqurma işləri, demək olar, tamamlanandan sonra icra başçısı görülən işlərlə tanış olmaq üçün əraziyə baş çəkib və işin nəticələrindən razı qalmayaraq, sökmək göstərişini verib. Hətta 10 sütunluq giriş qapısına da əlvida deyilib və parkda əkmək üçün gətirilən güllər sonradan geri qaytarılıb.
Beləliklə, son iki ildə park üç dəfə təmir edilib ki, bunun üçün də 4 milyon manatdan artıq vəsait xərclənib. Artıq 6 aydır ki, park üçüncü dəfədir ki, təmir edilir, ancaq iki ildə olsun buranın sakinləri parkdan istifadə edə bilməyiblər. Aylarla davam edən “tikinti-quruculuq” işləri Binəqədi əhlini başqa yerlərdə istirahət etməyə, uşaqlarını ayrı-ayrı ünvanlarda yerləşən parklarda əyləndirməyə məhkum olublar.

Deputatın necə seçildiyini bilmək istəyən binəqədililər
Binəqədinin qədim dərdi

Rayonunun kənd istiqamətinə doğru irəlilədikcə hər yüz metrdən bir ərazilər binəqədililər ad qoyub. “Çentralnıy”, “Tretiy”, “Köhnə zapravka” kimi adlanan ünvanlar ən məhşurlardır. “Tretiy”ə çatmamış iki yol ayrıcında Heydər Əliyevin porterti həkk olunmuş divar var. Və bu ərazilər sözün əsl mənasında ciddi şəkildə təmir olunur, xüsusən yolun kənar hissələri. Neft quyularının gətirdiyi çirkabları örtmək üçün yolun kənarları hasarlanır, bahalı daşlar bu divarlara hörülür. Çəkilən bu hasarlar Novxanıya kimi qədər gedib çıxır. Deməli, bu tikinti işləri Binəqədinin abadlaşdırılması üçün yox, oliqarxların Novxanıya gedən istiqamət üzrə hər yerin təmir olunmsı anlamına gəlir. Məlumatlara görə, Binəqədidən başlanan yolun kənarlarının hasarladılması dövlət büdcəsinə 8 milyon manata başa gəlib.
Əvvəlcə bu ərazilərdə tikinti işləri gedəndə sakinlərə rayona İlham Əliyevin gəlişinin gözlənildiyi deyilmişdi. Ancaq sonradan məlum oldu ki, ölkə başçısının Binəqədiyə gəlməsi ümumiyyətlə planda yox imiş.
Rayonun kəndlərinin giriş hissəsində sakinlərin su problemi olmasa da, irəliyə doğru hərəkət etdikcə məsələ qəlizləşir.
Ancaq belə bir problemin kəndin mərkəzində yaşayan deputat Hacı Madər Musayev üçün yoxdur. Çünki deputat yaşadığı villasına böyük bir su turbası çəkdirib. Qonşuluğunda yaşayan kasıb sakinlərin mənzillərinə plastik borularla su verilir, o da gündə bir dəfə. Əvvəllər problemləriylə bağlı bir neçə dəfə deputatlarına müraciət ediblər. Ancaq Hacı Madərdən heç bir cavab gəlmədiyi üçün daha heç kim ona üz tutmur. Su problemiylə maraqlanarkən sakinlərin maraqlı söhbətinə qulaq olduq. Camaat heç bir problemlərini həll etməyən, onların sözünü Milli Məclisin tribunasından səsləndirməyən, bircə dəfə də olsun seçicilərlə görüşməyən deputatın 4 dəfə necə seçildiyini anlaya bilmədiklərini söylədilər.

“Yaddan çıxan” kanalizasiya sistemi
Binəqədinin qədim dərdi

Rayonun yollarında da problem var. Belə ki, şəhərdən kəndə gedən üç kilometrlik yol bir neçə dəfə təmir olunsa da sürücülərin problemini həll etmir. Belə ki, yola hər dəfə asfalt çəkilərkən ora kanalizasiya sisteminin quraşdırılması “yaddan çıxıb”. Buna görə də azca yağış yağan kimi asfaltda iri nohurlar əmələ gəlir. Bu isə tıxacların yaranmasın, həm də qəzalara gətirib çıxarır.
“Baksol yolu” deyilən ərazidə avtomobil yolu da bərdad haldadır. Yol dağıldığına görə də tıxac yaranır. Elə vaxt olur ki, burada sürücülər saatlarla tıxacda qalmalı olurlar. Yolun bərbad olması, tıxacların yaranması DYP əməkdaşlarına da sipər çəkib. Çünki tıxac dağıtmaq üçün ən çox əziyyəti elə polislər çəkir.
Binəqədi rayon İcra Hakimiyyəti problemli yolların İcra Hakimiyyətinin yox, “Azəryolservis” ASC-nin tabeçiliyində olduğunu bildirərək məsələnin həllindən boyun qaçırdırlar.

Ev tikmək üçün nə qədər ödəməlisən?
Binəqədinin qədim dərdi

Rayonda olarkən məlum oldu ki, Binəqədinin ən bərbad ünvanı “Binəqədi şossesi” kimi adlanan ərazidir. “Zəngəzur” restoranın yaxınlığında yerləşən bu yaşayış massivində 2000 dən çox ailə yaşayır. Problem isə camaat özlərinə bir-iki otaqlı mənzil tikəndən bir müddət sonra buldozein ağzına verilərək sökülməsidir. Burada yaşayan ailələrin əksəriyyəti Rusiyaya və başqa ölkələrə pul qazanmaq üçün üz tutduqlarına görə evlərin çoxunda heç kim yaşamır. İldə bir-iki dəfə vətənə qayıdan binəqədililər yarıtıikilmiş mənzillərini tikib başa çatdırmaq istəyəndə fərqli mənzərə ilə qarşılaşırlar. Ya onlar yenidən pul verməli, ya da tikdiyi balaca tikiliyə əlvida deməlidir.
Çünki buradakı evlərin heç birinin “kupça”sı yoxdur. Ancaq icra nümayəndəliyindən, bələdiyyənin icazə kağızı, layihə sənədləri qaydasındadır. Dəfələrlə mənzil sahibləri qeydiyyata düşmək üçün aidiyyəti qurumlara müraciət ediblər. Ancaq heç bir faydası olmayıb. Yaşayış massivində su, işıq, qaz xətləri var: “Hətta bu yaxınlar da qaz sayğaclarını dəyişdirdilər. Yeni “smartkart”lar quraşdırıldı. Sadəcə bizim kanalizasiya problemimiz var. Xaləddin İsgəndərov Binəqədiyə icra başçısı təyin olunanda bura gələrək sakinlərlə görüşdü. Camaatın qarşısında çıxış edərək söz verdi ki, “Eurovision” musiqi yarışmasından sonra bura kanalizasiya xətləri də çəkiləcək. Musiqi yarışması bitəndən sonra kanalizasiya sistemi çəkilmədi, əvəzində onlara evə hücum edib sökdülər”.
Deyilənlərə görə, sözügedən ünvanda torpağın bir sotu 3-15 min manat arasında dəyişir. Bələdiyyə bütün torpaqları satıb. Kimsə torpaq almaq üçün fərdlərə yaxınlaşmalıdır. Ev tikmək üçün icra nümayəndəliyinə 500, sahə müvəkkilinə 200-300 manat ödəyiblər. Alı Qocayevin vaxtında ev tikmək üçün 1000-2000 manata ev tikmək icazə almaq mümkün idisə, indi bu rəqəm 5000 qaldırılıb. Bələdiyyə torpaqları satandan sonra da burada tikili ucaltmaq üçün onlardan da icazə almaq lazımdır. Qiymətlər qaraja 300, ev üçün 1000-1500 manat dəyərləndirilib. Sakinlərin sözlərinə görə, Xaləddin İsgəndərov icra başçısı təyin olunandan sonra problemləri daha artıb.

***

Binəqədidə olarkən məlum oldu ki, buranın sakinləri icra başçısı dəyişdiriləndə sevinirlər. Ancaq çox keçmir ki, yeni gələn başçı köhnənin atasına rəhmət qazandırır. Necə ki, Xaləddin İsgəndərov Alı Qocayev üçün etdirir, bax elə...
Ramin DEKO
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Xaləddin İsgəndərov günlərini sayır

    Xaləddin İsgəndərov günlərini sayır ...

    6-07-2015, 09:33

  • 
  • Binəqədinin icra başçısı daha bir məmuru işdən çıxardı

    Binəqədinin icra başçısı daha bir məmuru işdən ...

    12-02-2014, 13:27

  • 
  • Binəqədinin icra başçısı 1-ci müavinini işdən çıxardı

    Binəqədinin icra başçısı 1-ci müavinini işdən ...

    2-12-2013, 12:54

  • 
  • Binəqədinin icra başçısı 25 yaşlı qızı yeni müavin təyin etdi

    Binəqədinin icra başçısı 25 yaşlı qızı yeni ...

    5-12-2013, 11:37

  • 
  • Rafet El Romanın xanımı ona 59 yaşlı şoumenlə xəyanət edir - FOTO

    Rafet El Romanın xanımı ona 59 yaşlı şoumenlə ...

    23-07-2016, 13:13


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (245)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu