GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » 25 saylı TSEK-də əlillik dərəcəsi biznesi

25 saylı TSEK-də əlillik dərəcəsi biznesi

Tarix: 25-05-2014, 12:37 Bölmə :Ölkə Baxış: 0
25 saylı TSEK-də əlillik dərəcəsi biznesi
Səlim Müslümovun qadın məmurları Füzuli Ələkbərovun kişi məmurlarının “atalarına rəhmət oxutdururlar”

Gəncə 25 saylı TSEK iki ünvanda fəaliyyət göstərir; Gəncə 25 saylı TSEK registratura şöbəsinə işə götürülən Aynur Kərimova istənilən adama evində əlilik sənədi verir; Gəncədə “əlillik” almaq istəyən bütün pullu adamlardan sənədləri, həm də pulları Aynur Kərimovanın Sabir küçəsində yerləşən evində qəbul olunur…
Sabiq nazir Füzuli Ələkbərovun Səlim Müslümovla əvəzlənməsi ölkəninin sosial sferadakı bərbad vəziyyəti dəyişmədi. Baxmayaraq ki, Səlim Müslümov dəvələrlə ölkə prezidentinin ondan bu sahədə qayda-qanun yaratmağı tapşırdığını bildirsədə, yarım ildən artıq vaxt keçməsinə baxmayaraq, hələ də yerlərdə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin şöbələri korrupsiya və sosial ədalətsizlik mənbəyidirlər.
Təyinatından bir neçə gün sonra Səlim Müslümov TV-lərdə populist çıxışlar edərək vəziyyəti düzəldəcəyinə dair vədlər səsləndirsə də, ölkə əhalisi onun bu açıqlamalarını yüngülcə qımışmaqla qarşıladı. Hər halda sosial yardıma və sosial ədalətə möhtac olan insanların yeni nazirə inanmamaları üçün əllərində sas vardı. Çünki, Səlim Müslümov Azərbaycan Respublikası DSMF-nun sədri olduğu zamanlar DSMF rayon şöbələrində kifayət qədər biabırçılıqların olduğunu hamı xatırlayırdı. Bura ölülərin adına yazılan pensiyalardan başlamış, saxta staj yazılması, fiziki və ya hüquqi şəxslərin DSMF ödəmələrinin şəxsi vərəqələrinə işlənməməsi və ya uçotdan yayındırma və s. onlarla məsələlər daxil idi.
Bu səbəbdən S. Müslümov tərəfindən bir ayın içində bütün rayonların ƏSMM, (qohumu olan Ağsu rayonu ƏSMM direktoru istisna olmaqla) və TSEK sədrlərinin dəyişdiriləcəyini, bu yolla sosial sferada qayda-qanun yaradacağı ilə bağlı verdiyi populist açıqlamalar hamı üçün görüntü xarakteri daşıyırdı. Haqlı olaraq, mətbuat onda yeni naziri tənqid edərək bildirirdi ki, Səlim Müslümov yeni bir planetdən gəlməyib, Azərbaycanda nazir olub, indi də yerdəyişmə edilib. Onun hər hansı uğura imza atması inandırıcı görünmür.
Həqiqətən elə də oldu. Əvvəlki narazılığa yeniləri də əlavə olundu. Səlim Müslümovun etdiyi islahat isə bəzi yerlərdə vəzifəyə qadınları gətirməsi oldu. Amma nazirin qadın kadrları özünü doğrultmadı. İndi haqlı olaraq, ortaya sual çıxır. Səlim Müslümovun yarım illik nazirliyi dönəmində nə dəyişdi? Bəlkə TSEK-lərdə vəziyyət dəyişdi? Əksinə, bu gün TSEK-lərdə rüşvət daha da artıb. Rayonlarda ƏƏSM-lərdə ünvanlı yardımlar vətəndaşlara yenə də əvvəlki qaydada verilir. Və yenə də imkansız və sosial yardıma möhtac olan vətəndaşlar bir qırağa qoyulur və hər cür imkanı olan insanlar rüşvət müqabilində dövlətdən sosial yardım alırlar.
Gəncədən daxil olan məlumata əsasən isə Səlim Müslümovun yeni qadın kadrları ümumiyyətlə bütün həddləri aşıblar. Hətta iş o yerə çatıb ki, Gəncə 25 saylı TSEK iki ünvanda faliyyət göstərir. Belə ki, daxil olan məlumata görə Gəncə 25 saylı TSEK registratura şöbəsinə işə götürülən Aynur Kərimova istənilən adama evində əlilik sənədi verir. Bunun üçün sadəcə tələb olunan «haqq» Aynur xanıma çatdırılmalıdır. Sonra isə problem həll olur və istənilən sağlam adam əlilə çevrilir.
Daxil olan məlumatda bildirilir ki, Gəncədə “əlillik” almaq istəyən bütün pullu adamlardan sənədləri, həm də pulları Aynur Kərimovanın Sabir küçəsində yerləşən evində qəbul olunur. 25 saylı TSEK-in həqiqi ünvanı olan Vəli Xuluflu, 8-də isə hər şeyin şəffaf olması görüntüsü yaradılır. Belə görünür ki, Səlim Müslümovun qadın kadrları öz sələflərindən daha «fərasətlidirlər». Çünki rəsmi dövlət idarələrində ağ işlərini, öz evlərində isə qara işlərini həyata keçirirlər. Hər halda etiraf olunmalıdır ki, Füzuli Ələkbərovun kadrları bu qədər «fərasət» nümayiş etdirə bilmirdilər. Yazıda adı keçən qurumların və şəxslərin mövqelərini dərc etməyə hazırıq…
KƏRİM
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Tovuz və Ağstafa TSEK-lərində BÖHRAN - İTTİHAM

    Tovuz və Ağstafa TSEK-lərində BÖHRAN - İTTİHAM ...

    25-09-2018, 14:07

  • 
  • Nazir 14 TSEK rəhbərini işdən azad edərək iclasdan qovdu

    Nazir 14 TSEK rəhbərini işdən azad edərək ...

    29-11-2013, 13:59

  • 
  • Səlim Müslümov daha bir məmuru işdən azad etdi

    Səlim Müslümov daha bir məmuru işdən azad etdi ...

    21-11-2013, 01:39

  • 
  • Səlim Müslümov yeni rəis təyin etdi

    Səlim Müslümov yeni rəis təyin etdi ...

    18-11-2013, 14:47

  • 
  • Səlim Müslümov şöbə rəisini işdən çıxartdı

    Səlim Müslümov şöbə rəisini işdən çıxartdı ...

    11-02-2014, 14:45


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (273)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu