Hadisə baş verəndən 6 gün sonra rəsmi arayış hazırlandı
Həkimlər xəstənin öləcəyini bilib, niyə evə buraxdılar?
Qazax şəhəri M.P. Vaqif küçəsi, ev 38-də yaşayan Etibar Bəkirov redaksiyamıza ünvanladığı ərizəsində yazır ki, “avtomobil qəzasından 6 gün sonra, qardaşım Bəkirov Siyavuş dünyasını dəyişən kimi, elə sənədlər, rəylər formalaşdırdılar ki, guya qardaşım elə ölməli imiş. Qəza 21.03.2014-cü il tarixdə, saat 8:30 radələrində olub: «Qardaşım Bəkirov Siyavuş kənar şəxslərin köməyi ilə Qazax Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb. Biz bu hadisəni eşidib Qazax Müalicə Diaqnostika Mərkəzinə çatanda Siyavuşu palatada gördük. Növbətçi həkim Fəxrəddin Əliyev bizə bildirdi ki, “qorxulu heç nə yoxdur, ev şəraiti daha yaxşı olar”. Biz ona inanıb evə gətirdik. 6 gündən sonra, qardaşım qəfildən dünyasını dəyişdi. Həmin günə qədər heç maraqlanan yox idi. Qardaşım dünyasını dəyişən kimi, gəlib-gedənlərin əlində qaldıq. Sən demə, gəliş-gedişlərin məqsədi də hadisə törədənin müdafiəsi naminə imiş”. Ərizədən sonra, araşdırma apararkən daha qaranlıq məqamlar ortaya çıxdı. 07 saylı həkim-ekspert rəyiniin 1-ci abzasını olduğu kimi yazırıq: “27 Mart 2014-cü il tarixdə, saat 12:00-dan 13:00 – a dək aydın havada və təbii işıqlanma şəraitində BDYPİ-nin istintaq və təhqiqat şöbəsinin müstəntiqi K.Məmmədovun 141500103 nömrəli qərarı əsasında ekspertiza keçirildi. “Maraqlıdır, hadisə 21.03.2014-cü il saat 8:30-da baş vermişdi. Belə çıxır ki, 21 martdan 27 marta kimi Qazax Diaqnostika Mərkəzində, BDYPİ-də bayram ərəfəsində baş verən hadisələrə diqqət göstərilmir. Belə çıxır ki, həmin günlərdə baş verənləri kimsənin soruşması qəbahət sayılır. (Deməli, həmin ərəfədə neçə-neçə insanların həyatına son qoyulub). İlkin məlumatın birinci cümləsinə nəzər yetirin. “21.03.2014 cü il tarixdə, saat 20:30 radələrində Bakı-Qazax -Gürcüstan sərhəd yolunun Qazax rayon ərazisindən keçən 479-cu km-də sürücü Hacıyev Rafət Vila oğlunun idarə etdiyi “NİSSAN-TEANA” markalı, 99 EE 047 dövlət qeydiyyat nömrə nişanlı avtomobili Hüseynov Saqif Həsən oğlunun idarə etdiyi “VAZ-21011” markalı avtomobil toqquşmuş, sərnişin Bəkirov Siyavuş Firudin oğlu xəsarət alaraq Qazax Diaqnostika Mərkəzinə müraciət edib. 27.03. 2014-cü il tarixdə isə almış olduğu xəsarətdən ölmüşdür”. Nəticədə isə yazılır: “Mərhum Bəkirov Siyavuş Firudin oğlunun meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar edilmişdir: sol bud sümüyünün burmalardan keçən qapalı, yerdəyişməli sınığı, sağ qarın üstü nahiyənin sıyrığı. Qeyd olunan xəsarətlər həyatidir. Küt bərk əşyanın təsirindən törənmişdir, qərarda göstərilən müddət və şəraitdə, yəni 21.03.2014-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində törənməsi inkar edilmir və dərəcəsinə görə canlı şəxslərdə sağlamlığa az ağır zərər vuran xəsarətə aiddir”. Mərhumun ölümünün, bilavasitə səbəbi ağ ciyər arteriyası şaxələrinin trombozu ilə əlaqədar kəskin ağ ciyər – ürək çatışmazlığı olmuşdur. Açıqca təsdiq olunur ki, mərhuma ilkin yardım göstərib evə buraxan (məsləhət bilən) həkim Fəxrəddin Əliyev ən azından həkim andını pozmuşdur. Şəxsi maraq onda zor etmişdir. Səhiyyə nazirinin əmr və göstərişi harada qalıb? Uzun müddətli bayram günləri olanda bütün nazirliklərdə olduğu kimi, səhiyyə nazirliyinin məsul vəzifə sahibləri də gücləndirilmiş iş rejmindən danışırlar. Biz də inanıb ehtiyatı əldən veririk. 21.03.2014-cü il tarixdə avtomobil qəzası baş verib, xəsarət alan olub. Qazax Diaqnostika Mərkəzinə gətirilib. Növbətçi həkim (dediyinə görə, işdə olası deyilmiş) Fəxrəddin Əliyev xəsarət alan barədə hüquq-mühafizə orqanlarına məlumat verməyib. Heç nə olmayan kimi hadisəni gizlətmək istəyib. Maraqlı sual yaranır: xəsarət alan Bəkirov Siyavuş niyə ətraflı müayinə olunmayıb? Hansı məqsədlə evə aparılması məsləhət bilinib? Demək, məqsəd aydındır. Həkim F.Əliyevin dediyinə görə, mərhumun qohumlarının təkidi ilə buraxılıb. Odur ki, Qazax Diaqnostika Mərkəzinin rəhbərliyinə müraciət edib mərhumun qohumlarının yazacaqları öhdəliklə maraqlandıq. Məlum oldu ki, əksinə, mərhumun oğlu və qardaşı müayinə - müalicə üçün yalvarışlar ediblər. Heç nə yazmasalar da, sadəcə həkimə inanıblar. Deməli, Qazax diaqnostikasında qan batırmaq lap su içimidir. Faktiki hadisə olub, ölən var. Ölənin nə vaxtsa xəstə olub-olmamasının hadisəyə nə dəxli var? Həkim-ekspert Əmiraslanov Elşən orasını unudub ki, mərhum 10 ildən artıqdır iaşə obyektində çalışırmış. İkincisi, niyə öləndən sonra ekspert rəyinə ehtiyac olub? Onsuz da lazımi qədər ört-basdıra nail ola biliblər. Yazılan fikirlərə səhiyyə naziri Oqtay Şirəliyevin münasibət bildirəcəyinə qədər bəzi məqamları gözləməliyik. BDYPİ gücləndirilmiş yox, qısaldılmış iş gününü uca tuturmuş. Hadisə 21.03.2014-cü ildə baş versə də, istintaq və təhqiqat şöbəsinin müstəntiqi 27.03.2014-cü ildə vaxt tapa bilib. Qərarın necə, hansı şəraitdə baş verməsi barədə məlumatlanmaq istəsək də, nail ola bilmədik. Bəs “NİSSAN-TEANA” markalı 99 EE 047 nömrəli avtomobil kimə məxsusdur? Hacıyev Rafətin sürücülük vəsiqəsi olubmu? Spirtli içki qəbul edib-etməməsi barədə rəy alınması yada düşübmü? Bax bu sual ətrafında düşünməyə dəyər. Çünki, BDYPİ-nin müstəntiqi mərhumun şəxsiyyət vəsiqəsinin surətini götürməklə kifayətlənib. Baş Dövlət Yol Polis İdarəsinin rəisi, general Ramiz Zeynalovun yuxarıdakı suallara cavab verilməsi barədə göstəriş verəcəyi ümidi ilə. Vəkil RÜSTƏM
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?