İsrail baş qərargah rəisi Rau Aluf Qabiel Aşkenazi "Mavi Mərmərə" olayına görə günahlandırılıb
2010-cu ilin may ayının sonlarında Türkiyədən Qəzzaya yola düşən humanitar yardım gəmisi "Mavi Mərmərə"yə hücumla bağlı yeni qərarlar verilib. "Mavi Mərmərə" gəmisinə hücum iddiasında təqsirli bilinən həmin dövr İsrailin baş qərargah rəisi Rau Aluf Qabiel Aşkenazi də daxil olmaqla, 4 nəfər haqqında həbs qərarı verilib. İstanbul 7-ci Ağır Cəza Məhkəməsi "Mavi Mərmərə" gəmisinə hücum iddiasında həmin dövrün İsrail baş qərargah rəisi Rau Aluf Qabiel Aşkenazi, Dəniz Qüvvələri Komandiri Eliezer Alfred Maro, Kəşfiyyat rəisi Amos Yadlin, Hava qüvvələri komandiri Avişay Levi haqqında həbs qərarı verib. Məhkəmə heyəti şübhəlilər haqqında "qırmızı bülleten" çıxarılması üçün əlaqədar təşkilatlara yazı yazılmasına tapşırıq verib. Qeyd edək ki, 2010-cu ilin may ayında “Mavi Mərmərə” gəmisinə təşkil edilən hücum zamanı 10 nəfər ölmüş, 30 nəfər isə yaralanmışdı.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?