Ermənistan prezidenti iyunun 15-nə kimi vaxt istəyib
Qazaxıstan prezidenti Nursultan Nazarbayev Ermənistana qeyri-adi ultimatum verib. Qazax lideri bu gün Astana şəhərində Avrasiya İttifaqının imzalanma mərasimində deyib ki, Azərbaycan prezidenti İlham Əliyevdən bir məktub alıb. Məktubda deyilir ki, Ermənistan bu İttifaqa Qarabağsız qoşulmalıdır, çünki Ermənistanın BMT tərəfindən qəbul edilən sərhədləri var və o sərhədlərdə Dağlıq Qarabağ adlı ərazi yoxdur. Nazarbayev bunu deyəndən sonra vurğulayıb ki, bu məktub Ermənistanı bu problemin çözülməsi yolunda yenə də düşündürməlidir. Ermənistan prezidenti isə çıxışında ona iyunun 15-nə kimi vaxt verilməsini xahiş edib. Bu isə o deməkdir ki, rəsmi İrəvan ya Dağlıq Qarabağdan vaz keçərək Avrasiya İttifaqına qoşulacaq, ya da Rusiyaya arxa çevirəcək. Ermənistanın isə çox böyük ehtimalla 1-ci variantı seçəcəyi gözlənilir, çünki 2-ci variantda o, güclü orduya və güclü iqtisadiyyata malik olan Azərbaycanla üz-üzə qalacaq. Alınan məlumata görə, 1-ci variant Rusiyanın da xeyrinə ola bilər, çünki bu halda, rəsmi Moskva Qarabağın Azərbaycana geri qaytarılmasının əvəzində öz sülhməramlı qüvvələrini bölgəyə yerləşdirə bilər. Bu variantın isə Baki tərəfindən qəbul ediləcəyi inandırıcı görsənmir, çünki belə olsaydı, Bakı Qəbələdəki RLS-dən tam imtina etməzdi. Son dövrlər ABŞ-ın ATƏT-in Minsk Qrupundakı həmsədri Uorlikin verdiyi bəyanatlar və Dağlıq Qarabağın çözülməsi üçün mümkün 6 maddənin ictimaiyyətə açıqlanması, sonra isə Nazarbayevin Astana şəhərində Sarkisyanı yenidən dalana dirəməsi təsadüfi hesab edilə bilməz.
Sorğu
Yeni dizaynımız necədir?