GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Ermənistan Gömrük İttifaqına qoşula bilmədi

Ermənistan Gömrük İttifaqına qoşula bilmədi

Tarix: 1-05-2014, 10:19 Bölmə :Manşet Baxış: 1 131
Ermənistan Gömrük İttifaqına qoşula bilmədi
Sərkisyan azlıqda qaldı, səsvermə baş tutmadı

Sərkisyan aralıqda qaldı, Ermənistan Qarabağa görə Gömrük İttifaqına girə bilmir
Minskdə Gömrük İttifaqına daxil olan ölkələrin ali orqanı olan Avrasiya İqtisadi Şurasının toplantısı keçirilir. Rusiya prezidenti Vladimir Putinin, Belarus prezidenti Aleksandr Lukaşenkonun və Qazaxıstan prezidenti Nursultan Nazarbayevin qatıldığı toplantıda “yeni SSRİ” adı alan Avrasiya İttifaqının təsis olumasına hazırlıqla bağlı son məsələlər müzakirə olunacaq. Toplantıda Ermənistanın Gömrük İttifaqına üzvlüyü ilə bağlı vəziyyət də müzakirəyə çıxarılıb.
Minsk sammitində Ermənistan prezidenti Serj Sərkisyanın da iştirak edəcəyi gözlənilsə də erməni qaynaqları Sərkisyanın toplantıya qatılmayacağını xəbər verir. Xəbərə görə, buna səbəb Gömrük İttifaqına daxil olan ölkələrin bəzilərinin, konkret olaraq Qazaxıstanın Qarabağ münaqişəsinə görə Ermənistanın bu ittifaqa üzv olmasına qarşı çıxmasıdır. Həmçinin Rusiya, Belarus və Qazaxıstan arasında yeni inteqrasiya formatının necə fəaliyyət göstərəcəyinə və inkişaf edəcəyinə dair razılaşdırılmamış başqa məsələlər də var. Bu səbəbdən Ermənistan prezidentinin Minsk toplantısına getməməsi qərara alınıb.
Bundan əvvəl Ermənistanın iqtisadi inkişaf nazirinin səlahiyyətlərini icra edən Vaqram Avanesyan demişdi ki, Sərkisyanın Minsk sammitində iştirakı gözlənilir. Onun bildirdiyinə görə, ola bilsin Ermənistan Gömrük İttifaqına daxil olmadan birbaşa Avrasiya İttifaqına üzvlük barədə sənədləri imzalasın. Çünki Ermənistanın Gömrük İttifaqına üzvlüyü ilə bağlı sənədlərin razılaşdırılması prosesi hələ başa çatmayıb. Mayın sonlarında isə Rusiya, Qazaxıstan və Belarus Avrasiya İttifaqını təsis etməyə hazırlaşır. Əgər həmin vaxta qədər Ermənistanın Gömrük İttifaqına üzvlüyü rəsmiləşməsə, o zaman Sərkisyan “yeni SSRİ”nin təsis sənədinə də imza ata bilməyəcək. Hansı ki, Ermənistanın Avrasiya İttifaqına təsisçi status ilə üzvlüyü ona gələcəkdə bu təşkilatda daha çox söz imkanı verə bilərdi.
V.Avanesyan demişdi ki, Ermənistanın əvvəlcə Gömrük İttifaqına üzv olub sonra Avrasiya İttifaqına qoşulması, yaxud birbaşa ikinci ittifaqa girməsi məsələsi Minsk toplantısında qərarlaşdırılacaq. Ancaq indi məlum olur ki, Ermənistanın Gömrük İttifaqına üzvlüyü ilə bağlı ciddi problem var və bu problem ölkənin Azərbaycan ərazilərinin bir hissəsini işğal altında saxlaması ilə bağlıdır. Türkdilli dövlətlər ittifaqında Azərbaycanın müttəfiqi və strateji tərəfdaşı olan Qazaxıstan Ermənistanın Gömrük İttifaqına üzvlüyü ilə bağlı bir çox məsələlər qaldırıb. Məsələn, Qazaxıstan bunu bilmək istəyir: Ermənistan Gömrük İttifaqına üzv olandan sonra bu ölkənin işğalı altında olan Dağlıq Qarabağ da faktiki olaraq bu ittifaqa qoşulmuş olmayacaqmı? Axı Dağlıq Qarabağ faktiki olaraq işğal yolu ilə Ermənistana birləşdirilib.
Ermənistan bu suala hələ aydın cavab verə bilməyib. Digər tərəfdən, Azərbaycanla yaxşı münasibətləri olan Belarus prezidenti Aleksandr Lukaşenko bundan əvvəl demişdi ki, Ermənistanın Gömrük İttifaqına üzvlüyü məsələsində Azərbaycanın mövqeyini nəzərə almaq lazımdır. Bundan əlavə, Belarus prezidentinin Avrasiya İttifaqı ilə bağlı da ciddi etirazları var. Lukaşenko aprelin 22-də xalqa və parlamentə müraciətində deyib ki, Avrasiya İttifaqı haqda müqaviləni bir şərtlə imzalamağa hazırdır: qarşılıqlı ticarətdə bütün məhdudiyyətlər götürülsün.
Lukaşenko daha çox Rusiyanın Belarusa satdığı neftdən gömrük rüsumlarının ləğvini istəyir. “Bu sənədin imzalanması zamanı mən deyəcəm: əgər ədalətli prinsiplər əsasında ittifaq yaratmaq istəyiriksə, gəlin bütün məhdudiyyətləri götürək. Yox, əgər siz deyirsinizsə ki, iqtisadi ittifaq barədə müqaviləni bağlayıb məhdudiyyətləri 15 il sonra götürəcəksiniz, - necə ki, bunu Putin də deyir,- o zaman biz də müqaviləni o vaxt imzalayacağıq”, - deyə Lukaşenko bildirib.
Digər tərəfdən, Putin istəyir ki, Gömrük İttifaqındakı ortaqları onun Ukrayna ilə bağlı siyasətini şərtsiz dəstəkləsinlər. Ancaq Lukaşenko bunu etmək istəmir, eləcə də Nazarbayev Kremlin Ukraynaya qarşı siyasətinə açıq dəstək vermir. Bu isə Putini qane edə bilməz. Lukaşenko deyir ki, əgər Putin Belarusun Rusiyaya sadiqliyini və Avrasiya İttifaqına üzvlüyünü görmək istəyirsə, bunun əvəzini ödəməlidir. Yəni neft və neft məhsullarına qoyulan rüsumları götürməlidir.
Amma sual yaranır: Rusiyanın Belarusa güclü təsir rıçaqlarının olduğu bir vaxtda Lukaşenkonun öz şərtlərini Putinə diqtə etməsi baş tutacaqmı?
SAMİR
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əliyevdən Sərkisyana daha bir zərbə: Ermənistanın planları pozuldu

    Əliyevdən Sərkisyana daha bir zərbə: Ermənistanın ...

    22-09-2014, 15:36

  • 
  • Sərkisyanı ələ saldılar: “Ya Əliyev qəzəblənəcək, ya Putin qələm verməyəcək...”

    Sərkisyanı ələ saldılar: “Ya Əliyev qəzəblənəcək, ...

    10-10-2014, 10:09

  • 
  • İlham Əliyev Sərkisyana gücünü göstərir, hətta Putini qəzəbləndirsə də...

    İlham Əliyev Sərkisyana gücünü göstərir, hətta ...

    8-10-2014, 11:53

  • 
  • Putin Azərbaycana qarşı "miqrant kartı"nı işə saldı

    Putin Azərbaycana qarşı "miqrant ...

    15-03-2013, 10:34

  • 
  • Sərkisyanın qumara meylliyindən Putin də xəbərdar imiş

    Sərkisyanın qumara meylliyindən Putin də xəbərdar ...

    6-10-2013, 00:02


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu