İŞİD bir neçə gün öncə, əsir götürdüyü türk TİR sürücülərini azad edib. Bu haqda Beynəlxalq Nəqliyyat Dərnəyi məlumat verib. Yayılan xəbərdə bildirilir ki, İŞİd ordusu İraqın Mosul şəhərində əsir götürdüyü 30 türk TİR sürücüsünü azad edib. Verilən məlumatda o da bildirilir ki, İŞİD başqa bir qrupu əsir götürüb. Amma bu qrupun kimlərdən ibarət olduğu açıqlanmayıb. Qeyd edək ki, İŞİD ordusu İraqın Mosul şəhəri də daxil olmaqla bir hissəsini ələ keçirib.
Sorğu
Yeni dizaynımız necədir?