İraqın ikinci böyük şəhəri Mosul İŞİD terror təşkilatından tam azad edilib.
Bunu Mosula səfər edən İraq baş naziri Haydar əl-İbadi bəyan edib. Baş naziri qələbə münasibəti ilə əsgərləri və xalqı təbrik edib. Bundan əvvəl terrorlo mübarizə bölməsinin döyüşçüləri Tiqr çayı sahilində və şəhərin tarixi yerlərində İraq bayrağını qaldırıblar. Qeyd edək ki, Mosulun azad edilməsi əməliyyatı 2016-cı ilin oktyabrın 17-də başlamışdı.
Sorğu
Yeni dizaynımız necədir?