Elçibəyin prezidentlik kürsüsündən faktiki olaraq imtina edib Kələkiyə getdiyi günün 21-ci ildönümüdə həmin hadisələrin iştirakçısı olan AXC Naxçıvan təşkilatının keçmiş sədri, sonralar 8 il həbsdə olmuş «Xalq Arzusu» Hərəkatının rəhbəri Asəf Quliyev Moderator.az-a çox maraqlı və ilginc açıqlamalar verib, onu təqdim edirik: «Ayın 18-i səhər saat 6-da qapının döyülməsinə həyətə çıxdım. Asif Kələntərlini görəndə nə isə baş verdiyini hiss etdim. Elcibəyin Naxçıvana gəldiyini dedi. Düzü, əvvəlcə inanmadım və heç nə anlamadım. Bildirdi ki, məsələ başqa cürdü və Bəy birdəfəlik gəlib.Biz birlikdə AXC-nin qərargahına getdik. Hazırlıq tədbirləri gördük. Nahardan sonra Kələkiyə getdik. Elçibəylə görüşdüm, ancaq heç gəlişinin səbəbini soruşmadım. Artıq heç soruşmağın mənası da yox idi. Biz sadəcə görüləcək işləri müzakirə etdik. Bəyi çox qayğılı və nigaran gördüm, gəlişinin heç də ürəyincə olmadığı açıqca hiss olunurdu. Hətta mənə elə gəldi ki, onu istəmədən dilə tutub bura gətiriblər. Sonradan eşitdim ki, Elçibəyə Naxçıvana gəlməmişdən öncə məlumat verilib ki, Naxçıvanda qonaq evi hazırlanıb və Bəy gələn kimi orada yerləşəcək, amma sonradan qərarı kimsə dəyişdirib… 93-cü ildə rabitənin hansı vəziyyətdə olduğunu nəzərə alsaq Kələkidən hara iləsə əlaqə saxlamağın praktik olaraq mümkün olmadığı aydınlaşar. O zaman Türkiyə Naxçıvana 100 nömrəlik mini ATS vermişdi, Naxçıvandan çıxış yalnız o nömrələrlə həyata keçirilirdi. O nömrənin biri də mənim kabinetimdə idi. Türkiyə və Bakıdan bir qayda olaraq bizimlə əlaqə saxlayırdılar və biz də həmin məlumatları Kələkiyə ötürürdük. Informasiya alıb-vermək çox çətin idi. Bəy Kələkiyə gələn günü axşam Dəmirəlin köməkçisi zəng vurdu, bildirdi ki, Bəyin Türkiyəyə getməsi üçün helikopter göndərmək istəyirlər. Lakin Bəy qəti olaraq bu təklifdən imtina etdi. Bu əlaqəni qurmaq üçün təsəvvür edin ki, 2 saatdan artıq vaxt getdi.» Asəf Quliyevin söylədikləri sonuncu məqamsa yəqin ki, qalmaqala səbəb olacaq. Belə ki, Aəsf Quliyev deputat Fərəc Quliyev haqqında belə bir fikir işlətdi ki, guya o vaxt AXC İcraiyyə Komitəsinin sədri olan deputat Elçibəy tərəfindən əməlli-başlı danlanıb: «Düzdür, həmin vaxt mən orda olmamışam. Amma o zaman Demblokun sədri Həbib həkim orda olub və şahidi olub ki, Bəy Kələkiyə çatanda Fərəc Quliyevi söyüb və baş verənlərə görə onun baiskar olduğunu deyib.»
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?