"Zərdüşt Əlizadə belə adamdır" - "AXC tayfa cəbhəsi idi" Müsavat Partiyası AXC-nin 25 illik yubileyi ilə bağlı bu gün partiyanın qərargahında tədbir təşkil edib. Qonaq kimi tədbirə Milli Şura, AXCP və digər təşkilatların üzvləri dəvət olunub. Ancaq maraqlıdır ki, Müsavat AXC-nim ilk İdarə Heyətinin üzvü olan Zərdüşt Əlizadəni bu tədbirə dəvət etməyib. Elə birinci İdarə Heyətində təmsil olunan Sülhəddin Əkbər də Müsavat qərargahına dəvət olunmayıb. Müsavat Partiyasının başqanı İsa Qəmbər Azərbaycan Xalq Cəbhəsinin (AXC) yaradılmasının 25-ci ildönümü ilə bağlı keçirilən tədbirdə qurumun İdarə Heyətinin üzvü olmuş, politoloq Zərdüşt Əlizadəni tənqid edib. İ. Qəmbər deyib ki, AXC İdarə Heyətinin siyahısı təqdim ediləndə Zərdüşt Əlizadə sənəddən Əbülfəz Elçibəyin adının cıxarılmasını istəyib: “Bunun səbəbini soruşdum bildirdi ki, o, həbsdə olub, AXC-ni qeydiyyata almaya bilərlər. Dedim ki, nə dəxili var ki, güclü olacağıqsa, qeydiyyata alacaqlar. Yəni Zərdüşt Əlizadə belə adamdır. Bəziləri onu intellektual, mənəviyyatlı adam hesab edir. Bilirsiniz, ötən il o bəyanat yayaraq bildirdi ki, Müsavatda bir nəfər də olsun intellektual insan yoxdur. Sizcə, intellektual insan belə söz deyərmi? Mən heç bu fikri YAP haqqında demərəm. Ona görə də onu tədbirə dəvət etmədim. Onlar ayrı yolun yolçusudur”. Qeyd edək ki, Z.Əlizadə AXC-nin qeydiyyatı ilə bağlı məsələyə toxunaraq bildirib ki, Ə.Elçibəy qeydiyyat sənədlərinə imza atmaqdan imtina edib. Z.Əlizadə isə Teleqraf.com-a açıqlamasında bildirib ki, Müsavat başqanının fikirləri əsassızdır: “İsa Qəmbərin fikirlərində həqiqət yoxdur. Əbülfəz Elçibəy AXC-nin təşəbbüs qrupunun üzvü olsa da, iclaslara gəlmirdi. Səbəb kimi onun KQB tərəfindən izlənməsi göstərilirdi. O, AXC-ni mafiyanın dəyənəyinə çevirdi. Əbülfəz Elçibəy demokratiya və insan haqları yönündə heç bir addım atmayıb. Mən bunu sübut edə bilirəm. Onlar isə arqument qoya bilmirlər. AXC tayfa cəbhəsi idi. Ona görə də, çoxları sonradan oradan uzaqlaşdı" Ruslan - See more at: http://teleqraf.com/news/13479#sthash.pUKnCnhG.dpuf
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?