Türkiyə Xarici İşlər Nazirliyi İraqın təhlükə altında olan şəhərlərinə səfərləri qadağan edib.
XİN İraqın Mosul, Kərkük, Səlahəddin, Anbar, Diyala, Bağdad, Bəsrə, Babil, Nəcəf, Kərbəla, Vasit, Meysan, Kadisiyə, Musenna və Dikar vilayətlərinə səfərlərlə bağlı xəbərdarlıq edib.
Xarici İşlər Nazirliyinin açıqlamasına bildirilir: "İraqın böyük hissəsində hələdə şiddət davam edir. Yaşanan təhlükəli olaylarla bağlı Mosul, Kərkük, Səlahəddin, Anbar, Diyala, Bağdad, Bəsrə, Babil, Nəcəf, Kərbəla, Vasit, Meysan, Kadisiyə, Musenna və Dikar vilayətlərinə səfərlər son dərəcə təhlükəlidir. Vətəndaşlarımız həyatlarının təhlükəsizliyi baxımından mümkün olan ən qısa müddətdə bu bölgələri tərk etməli və qeyd edilən şəhərlərə səyahət etmək fikrindən daşınmalıdılar"
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?