GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » 3 qardaşın vurulduğu 26 milyonluq birinci ledi

3 qardaşın vurulduğu 26 milyonluq birinci ledi

Tarix: 8-07-2014, 01:08 Bölmə :Ölkə Baxış: 0
3 qardaşın vurulduğu 26 milyonluq birinci ledi

Layihə: “Məşhur cütlüklər”

Amerikanın ən dəbli qadını ilə ən varlı kişisinin evliliyi sözsüz ki, hadisə idi. Bir vaxtlar ABŞ-ın birinci xanımı indi yunan əsilli “dəniz qulduru” hesabına okeanın birinci xanımı olacaqdı.

Aristo Onassisin Jaklin Kennedi ilə evliliyi bəlkə də XX əsrin ən qalmaqallı izdivacı idi.

Təsadüfi deyildi ki, bu evlilik dünyada ən çox müzakirə olunan hadisə idi. Amerikalılar qəzəb vulkanına dönmüşdü. Axı Jaklin bütün Amerikanın sevimlisi olan prezidentin ruhuna hörmətsizlik etmişdi. Çoxları Jaklinin bu addımını sona qədər bağışlamır, hətta Jaklin haqda danışanda onun soyadının əvvəlindəki “O” hərfini ixtisara salırdı: “Jaklin nasis”.

Amerikanın birinci xanımı

Uşaq yaşlarından Jaklin Buvye özü üçün dəqiqləşdirmişdi ki, bütün kişilər qadınlarını aldadır. Gözünün qarşısında atası vardı. Atasının xəyanəti ailənin dağılması ilə nəticələnmişdi.

Amma Jaklin atasına çox bağlı idi. O hesab edirdi ki, atası səhv etməyib. O, bütün ömrü boyu sevdiyi kişilərlə atasının obrazı arasında oxşarlıqlar axtaracaqdı. Və sevdiyi kişilərə onu əllərində alət kimi istifadə etməyə imkan verəcəkdi.

Jaklin Buvye və Con Kennedinin toyu amerikalılar üçün bir nağıl idi. Ümidverici senator və intiligent qadın amerikalıların sevimlisinə çevrildi. Daha sonra Con Kennedi ABŞ-ın 35-ci prezidenti olanda ölkə prezidenti qədər öz birinci xanımını da sevməyə başladı.
Axı ilk dəfə idi ki, Amerikanın belə gənc və gözəl birinci xanımı var idi.

Amma bu xoşbəxt birinci ailənin çoxlarının bilmədiyi sirləri vardı. Bu sirlərin kökündə Kennedinin xəyanətlər dayanırdı.
Maraqlısı o idi ki, hər dəfə Jaklin xoşagəlməz əhvalat barədə eşidəndə öz əvəzolunmaz imicini bir az da cilalayırdı. O, hər dəfə yeni və daha gözəl imicdə kütlə qarşısına çıxırdı. İndi kütlə artıq onu ikona qiyafəsində görmək istəyir və bəlkə də görürdü.

“Dəniz qulduru” ilə görüş

Argentina pasportu gəzdirən, əslən yunan olan milyarder biznesmen Aristotel Onassislə Jaklini bacısı Li tanış etmişdi. Li Jaklinin ən sadiq dostu və ən barışmaz rəqibi idi.
Onassis varlı, ehtiraslı, xarizmatik bir macəra axtaran idi. O, möhtəşəm enerjiyə malik biri idi.

Onassis Jaklinin bacısı ilə görüşürdü, amma onunla evlənmək ağlından belə keçmirdi. Günlərin bir günü Jaklin Conun və onun qardaşı Robertin iradəsinin əleyhinə olaraq Onassisin yaxtasında səfərə çıxır.

Kruizdən qayıtdıqdan sonra Onassis hər iki bacıya çox qiymətli hədiyyələr verir. Jaklin Aristotelin ağlını almışdı. O Jaklinə başqa qadınlar kimi heyvani hisslərlə yanaşa bilmirdi.
Bu səfərdən bir ay sonra Con Kennedi qətlə yetirilir.

Kennedi qardaşlarının Onassisi görməyə gözü yox idi. Onassis hesab edirdi ki, Con və Robert onun işlərinə daima mane olur.

Aristotel Onassis ilk milyonunu 25 yaşında qazanmışdı. O, öz rəqiblərini qurduğu unikal biznes kombinasiyaları, hakimiyyət strukturlarını isə pulu isə zərərsizləşdirə bilmişdi.

Aristo öz biznesini sözün həqiqi mənasında “oğru qanunları“ ilə idarə edirdi.

Məhz Kennedi hakimiyyətə gələndən sonra Bobbi Kennedinin baş prokuror olaraq mafiyaya müharibə elan etməsi onun üçün problemlər yaratmışdı.

Con Kennedinin ölümündən sonra Bobbi Jaklinlə sevgi macərası yaşamışdı. Onassis isə Jaklinlə rəsmən evlənmək istəyirdi.

Onassis başa düşürdü ki, o, pulu ilə hər şey ala bilər, amma ona pulla alınan qadın sevgisi lazım deyildi. Aristotel Jaklinin sevgisini istəyirdi.

Dünya şokda

Beləliklə, Onassis Jaklinə tez-tez baş çəkməyə başlayır. Hətta bəzən bir çox problemlərini də həll edirdi.

Jaklin Kennedinin ölümündən sonra yeni hücumlardan və övladlarının həyatına yarana biləcək təhlükədən qorxurdu. Jaklin qüvvətli bir müdafiəçi istəyirdi. Və belə bir müdafiəni onun üçün Aristotel Onassis qura bilərdi.

Amma Kennedilər ailəsi bunu eşidəndə bərk əsəbiləşdilər. Prezidentlik marafonuna hazırlaşan Bobbi Kennedi məsələni belə qoydu: “Nə qədər ki, mən sağam, sən Onassisə ərə getməyəcəksən”.

5 iyul 1968-ci ildə prezidentlik marafonuna hazırlaşan Bobbi qətlə yetirilir.

Jaklin bu “qan gölündə” boğulurdu. Və o, Aristoteldən xahiş edir ki, onu bu dəhşətli ölkədən aparsın.

10 oktyabr 1968-ci ildə Aristotel Onassis Jaklinin barmağına 1,2 milyon dollar dəyəri olan nişan üzüyü taxır. Həmin vaxt Jaklinin 39, Aristotelin isə 62 yaşı vardı.
Oktyabrın 20-də onlar rəsmən nikaha girirlər.

Hamı bu nikaha qarşı çıxırdı. Kennedilər, Onassisin oğlu, qızı və bütün Amerika.

Nə qədər qəribə də olsa, bütün ətrafdakıların iradəsinin əleyhinə gedən bu sevgi alovu bir neçə həftədən sonra sönməyə başladı.

Bu evlilik formallıqdan başqa bir şey olmadı. Jaklin Onassisin pullarını hara gəldi xərcləyirdi. Aristotel isə əvvəlki arvadı Mari Kallasın yanına qayıtdı.

Pul və hakimiyyət

Çox keçmədi ki, Aristotel Onassis dərk elədi ki, Jaklin ilə nikah sonda onu qəpiksiz qoya bilər.
Onassis müstəqil detektivlə müqavilə bağladı və Jaklinin hər addımını izləməyə başladı. Onassis hesab edirdi ki, Jaklinə qarşı kompromat toplayıb tezliklə boşana bilər.

Amma Aristotelin planlarını oğlu Aleksandrın qəfil ölümü alt-üst elədi. Bundan sonra onun həyat enerjisi tükənməyə başladı. Və onun üçün heç nəyin əhəmiyyəti qalmadı.

15 mart 1975-ci ildə Aristotel Onassis vəfat elədi. Onun adı uğurlu biznes, var-dövlət, şan-şöhrət simvoluna çevrilmişdi. O, son günlərini Paris ətrafındakı xəstəxanada keçirdi. Yanında isə Jaklinin bacısı və bir də qızı vardı.
Jaklinin vəkili dəfndən dərhal sonra Onassisin var-dövlətində payları barədə iddia ilə çıxış elədi. Onassis Jaklin üçün az bir məbləğ vəsiyyət eləmişdi. Amma Kristina Onassis Jaklinə 26 milyon verdi ki, o, Onassis ailəsi ilə ayrılığını rəsmiləşdirsin.

Təhlükəli qadın

Beləliklə, Jaklin özü və övladlarının gələcəyini təmin etmiş oldu.

Jaklin həmişə maraqla izlənən qadın olaraq qaldı. Amerika onu sevməsə də, Onassis öləndən sonra da ona maraq həmişə vardı.

Aristotelin ölümündən sonra Jaklin redaktor işləməyə başlayır. Amma hamının gözlədiyini bilsə də, bu sirli xanım memuarlarını yazmadı.
1994-cü ildə Jaklin Kennedi xərçəngdən vəfat etdi.
Çoxları onu Kennedi və Onassis klanı arasında bölünə bilməyən “alma” hesab edirdi.

Con Kennedinin kişik qardaşı Teddi Kennedinin 2009-cu ildə öləndən sonra çox maraqlı bir əl yazısı üzə çıxdı. O, Jaklinə vurulduğunu və buna görə çox qorxduğunu yazmışdı: “Mən qorxurdum ki, bu sevgi mənə həyatım bahasına başa gələ bilər”.Layihə: “Məşhur cütlüklər”

Con Kennedinin kişik qardaşı Teddi Kennedinin 2009-cu ildə öləndən sonra çox maraqlı bir əl yazısı üzə çıxdı. O, Jaklinə vurulduğunu və buna görə çox qorxduğunu yazmışdı: “Mən qorxurdum ki, bu sevgi mənə həyatım bahasına başa gələ bilər”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

  • Məşhur aktrisa vəfat etdi

    Məşhur aktrisa vəfat etdi ...

    4-09-2018, 14:28

  • 
  • Prezidentin məşuqəsi olduğu məlum oldu

    Prezidentin məşuqəsi olduğu məlum oldu ...

    6-08-2013, 11:37

  • 
  • ABŞ-ın birinci xanımı Beynəlxalq Qadın Şücaəti Mükafatlarının təqdimat mərasiminə ev sahibliyi edəcək

    ABŞ-ın birinci xanımı Beynəlxalq Qadın Şücaəti ...

    9-03-2018, 11:43

  • 
  • Təyyarəyə gecikən qadın intihar etdi

    Təyyarəyə gecikən qadın intihar etdi ...

    18-10-2015, 22:42

  • 
  • ABŞ-ın birinci xanımı ola bilər... - Çılpaq fotoları ilə gündəmdə

    ABŞ-ın birinci xanımı ola bilər... - Çılpaq ...

    13-10-2015, 15:55

Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

Hansı Antivirusdan istiafdə edirsiniz?

    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri

    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu