Ağ Evin bildirdiyinə görə, bu ayın sonunda Amerikanın birinci xanımı Beynəlxaıq Qadın Şücaəti Mükafatlarının təqdimat mərasiminə ev sahibliyi edəcək.
Mart ayının 21-də Dövlət Departamentində təşkil ediləcək mərasimdə Melania Tramp dünyada qadın hüquqları müdafiəçiləri və qadınların rəhbər rolununa dair nitq söyləyəcək.
Dövlət Departamenti 2007-ci ildən bəri Beynəlxalq Qadınlar Günü münasibəti ilə qadınları bu mükafatla təltif edir. Bu il 65 ölkədən 120 qadın mükafata layiq görüləcək.
Birinci xanım qadınların həmrəylik və biri-birinə dəstək yolu ilə daha yüksək əməllərə qadir olduğunu bildirib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?