Ədalət və İnkişaf Partiyasının (AKP) internet qorxusu davam edir.
Türkiyədə bütün internet sahəsini əlində cəmləyən Türk Telekom şirkəti yeni reallaşdırdığı layihə ilə bütün elektron qurğulara nəzarət imkanı əldə edəcək. Bu iddiadan sonra Türkiyənin qabaqda gələn informasiya qeyri-hökumət təşkilatları ortaq bir məlumat nəşr edib. Məlumatda "Sistem bütün bu xidmətləri izləyə biləcək, istədiyi kimi manipulyasiya edə biləcək və maneə törədə biləcək qabiliyyətə sahib olacaq",-deyə bildirilib.
Yeni sistem vasitəsi ilə Türk Telekom Whatsapp və Skype kimi proqramlardakı yazışmaları, internet səhifələrini analiz edəcək, yavaşladacaq və lazım olarsa blok edəcək.
İnformasiya qeyri-hökumət təşkilatları iddia edir ki, şirkət Türkiyə Konsitutsiyasının qanunlarını kobud şəkildə pozur. Məlumatda bildirilir ki, bu hal qanunsuzdur və yolverilməzdir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?