ABŞ Dövlət Departamenti İŞİD lideri Əbubəkr əl-Bağdadinin ötən cümə yayımlanan videosunun həqiqi olduğunu bəyan edib. Dövlət Departamentinin sözçüsü Cen Psaki bildirib ki, görüntülərin saxta olduğunu iddia etmək üçün əsasları yoxdur. SİTAT: “O videoya biz də baxdıq. Hesab edirik ki, görüntülər saxta deyil. Əksini düşünmək üçün əlimizdə əsas yoxdur”. Cen Psaki İŞİD liderinin bir neçə il əvvəl ABŞ-da həbsxanaların birində girov saxlandığı ilə bağlı sualı cavablandırmayıb. Xarici mətbuatın yazdığına görə, İŞİD liderinin Federal Təhlükəsizlik Bürosunda olan şəkli bir neçə il əvvəl ABŞ-da həbsdə saxlanan zaman çəkilib. Bağdadinin 4 il həbsdə yatdığı bildirilsə də, həbsin səbəbləri açıqlanmayıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?