Modern.az xarici mediaya istinadən xəbər verir ki, İraq ordusunun atəş zərbəsi nəticəsində Ənbar vilayətinin ərazisində İŞİD terror qruplaşmasının başçısı Əbubəkr Əl-Bağdadinin qardaşı oğlu məhv edilib.
"As-Sumariya" telekanalı Əl-Xalidiyə şəhərinin Ədliyyə şurasının rəhbərinə istinadla bildirir ki, İraq hərbi aviasiyası bu rayonda yerləşən "şəriət məhkəməsi"nin binasını darmadağın edib.
"Bombardman nəticəsində Əbu Əhməd əs-Samrayi - Əbubəkr əl-Bağdadinin qardaşı oğlu və onu müşayiət edən səkkiz nəfər terrorçu məhv edilib", - mənbə belə bildirib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?