iOS və Android telefonlar üçün təqdim edilən Facebook proqramında ciddi bir təhlükəsizlik boşluğunun yaranması milyonlarla istifadəçinin riskdə olduğundan xəbər verir.
Facebook ilə bir tətbiqə giriş edilərkən istifadəçinin bütün şəxsi məlumatları təhlükə altında qalır. Bu zaman Facebook-dan bir tətbiq girişi açarı alınır. Bu açar vasitəsi ilə tətbiqdə qeydiyyatdan keçməyə ehtiyac qalmır. Ancaq açarın şifrəsiz olaraq saxlanması ciddi təhlükə mənbəyidir.
Belə ki, Facebook hesabına girməyə icazə əldə edən tətbiq dostluq siyahısını oxumaq, xəbərlərinə nəzarət etmək və digər xüsusi məlumatlara çata bilir.
Boşluq haqqında Facebook məlumatlandırılsa da şirkət məsələ ilə bağlı konkret cavab verməkdən yayınıb. Androiddə hər hansı bir dəyişiklik etməyəcəyini söyləyən şirkət, təhlükəsizlik səviyyəsinin kafi olduğunu söyləyib. Facebook iOS-da isə təhlükəsizliyi artırmaq istiqamətində bir dəyişiklik edilə biləcəyini bildirib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?