İranın informasiya və telekommunikasiya naziri Mahmud Vəizi bu ölkədə Facebook və Twitter sosial şəbəkələrinin bərpa olunacağı barədə məlumatları təkzib edib. Musavat.com xəbər verir ki, məlumatı "Əl Ərəbiyə" yayıb.
"Facebook və Twitter-ə qoyulmuş qadağanın ləğvi nəzərdə tutulmur", - nazir bəyan edib.
İran prezidenti Amerikanın NBC telekanalına müsahibəsində bildirmişdi ki, İran vətəndaşlarının internetdən istfadəsindəki məhdudiyyətlər qismən yumşaldılacaq.
Sentyabrda İran səhvən Facebook və Twitter-ə girişi açmışdı. Lakin tezliklə bu səhv aradan qaldırıldı.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?