ABŞ-ın baş prokuroru Erik Holder Suriyaya vuruşmağa Amerika vətəndaşları ilə yanaşı, həmçinin eyni sayda Avropa ölkələri vətəndaşları getdiyini bildirib.
Holder bu vəziyyəti "qlobal böhran" adlandırıb.
ABŞ baş prokurorunun sözlərinə görə, Suriyada indi təxminən yeddi min əcnəbi vuruşur.
Holderin qorxusuna görə, onlar radikal ideyaların tərəfdarı ola bilərlər və evə qayıdıb hücumlar təşkil etməyə hazır olacaqlar.
ABŞ-ın baş prokuroru ölkələri vətəndaşların radikallaşmasına meyllilərin üzə çıxardılması üzrə xüsusi xidmət orqanlarının işini gücləndirməyə çağırıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?