Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın kortejinə daxil olan maşınlar Dənizli şəhərində ağır qəza törədiblər. Türkiyə KİV-ləri istinadən xəbər verir ki, hadisə baş nazirin korteji şəhərin mərkəzinə doğru şütüyərkən baş verib. Xəbərə görə, Ərdoğanın kortejindəki maşınlar iti sürətlə gedərkən yol kəsişməsində vətəndaşlara məxsus mülki avtobillərin bir neçəsi ilə eyni vaxtda toqquşub. Nəticədə zəncirvari qəza baş verib. 6 maşın ciddi şəkildə əzilib. Xəbərə görə, bir neçə nəfər xəsarət alıb. Baş naziri müşayiət edən şəxslər əzilmiş maşınları hadisə yerində qoyaraq başqa maşınlarla yollarına davam ediblər.
Sorğu
Yeni dizaynımız necədir?